Sizin Reklam Burada

Könüllülük gənclərimizi hər zaman bir amal ətrafında sıx birləşdirir!

Könüllülük gənclərimizi hər zaman bir amal ətrafında sıx birləşdirir!
Əsrlər boyu xalqımız ölkəmizdə köməklik, yardımsevərlik kimi müsbət ənənələri qoruyub saxlamış və nəsildən-nəsilə ötürülməsində şəxsi nümunələri böyük rol oynamışdır. Bütün illərdə bu dəyərlərin qorunub saxlanılmasında gənc nəsil əsas qüvvələrdən olmuşdur. Yardımsevər gənclərimiz ən kiçik sosial layihələrdən dövlət səviyyəli tədbirlərə kimi hər zaman könüllü olaraq öz yardımlarını əsigəməmiş, imkanları daxilində bu missiyanı uğurla həyata keçirmişlər. Könüllülük gənclərimizi bir amal ətrafında sıx birləşdirən, cəmiyyət və dövlətin qarşılıqlı fəaliyyətinin ən uğurlu forması kimi, bütün illərdə ehtiyac duyulan gənclər toplusudur. Ən əsası da könüllülük gənclərdə vətənpərvərliyi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət aşılayır.

Son illər ölkəmizdə çoxsayda beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirilməsi tələbə-gənclərin könüllülük fəaliyyətinə marağın artmasına səbəb olmuşdur. Bu tədbirlərdə könüllü gənclərimizin dünyagörüşünün artması ilə yanaşı həmçinin, sosiallaşma prosesi də yüksək səviyyədə inkişaf etmişdir. Tədbir və turnerlərdə dünyanın müxtəlif ölkələrindən gələn idmançı və qonaqlarla yaxından tanış olmaq, ölkələrin mədəniyyətləri, həyat tərzləri, dini, dili haqqında informasiyalara yiyələnmək hər bir könüllünün qazandığı müsbət dəyərlərdir.

Məhz buna görə də ölkəmizdə könüllü hərakatının kökləri daha uzağa getsə də, bunun kütləviləşməsi və geniş miqyas alması Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlarla sıx bağlıdır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə ölkəmizin yüksək səviyyədə ev sahibliyi etməsi və bu məsuliyyətli işin öhtəsindən uğurla gəlməsi heçdə asan olmamışdır. Aidiyyatı qurumlar başda olmaqla gənclərimizdən ibarət könüllü komadasının da bu uğurlarda öz payı var. Respublikamızda fəaliyyət göstərən təhsil ocaqları ilə yanaşı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası da ölkəmizdə keçirilən bütün tədbirlərdə öz könüllü komandası ilə hər zaman ön sıralarda olmuşdur. Akademiyada könüllülərinin oyunlara hazırığını təmin etmək, onların gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq və karyera bacarıqlarının inkişafına xidmət edən Könüllülərin İnkişaf Proqramları tətbiq olunmuşdur.

Dövlətin Gənclər siyasətinin uğurla həyata keçməsini təsdiqləyən çoxsayda sərəncam və qərarlar vardır ki, bunlar birmənalı olaraq Azərbaycan gəncliyinin inkişafı və rifahına yönəldilmişdir. Könüllülük fəaliyyətinin də inkişafı məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər” ili bəyan etməsi gənclərə bir daha yüksək qayğı, diqqət və etimadın nümunəsi oldu. Ölkə rəhbəri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan etmişdir.

Bu şərəfli işdə bütün könüllülərimizə uğurlar, möhkəm iradə və Azərbaycanın inkişafı naminə sıx birləşib fəaliyyətlərini vətənpərvərlik hissi ilə qurmağı diləyirəm.

ADBTİA-nın prorektoru,
professor Yusif Babanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər