Sizin Reklam Burada

"COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi"

"COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi"Azərbaycan COP29 kimi beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə ev şahidliyi etdi. Cop29-un işində 72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsi idi.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev deyib.

Komitə sədri vurğulayıb ki, belə tədbirlərdə təhlükəsizlik məsələsi də çox böyük əhəmiyyət kəsb edir və bir neçə aspekti əhatə edirdi:

"Burada fiziki təhlükəsizlik, kibertəhlükəsizlik, sağlamlığın qorunması, keçirilə biləcək dinc aksiyalarda təhlükəsizlik tədbirləri, logistika və nəqliyyat məsələləri əhəmiyyət daşıyırdı.

Tədbir vaxtı yüksək profilli şəxslər, o cümlədən dövlət və hökumət başçılarının qorunması ,o cümlədən bütün iştirakçıların yoxlanılmasını, yerlərin təhlükəsizliyini, əsas obyektlərə və tədbirlərə girişi əhatə etdiyinə görə ən yüksək səviyyədə təşkil edildi...

Burada PTX, DTX, DİN, DSX , FHN ,Kömrük bir sözlə aidiyyatı olan bütün qurumlar öz işini yüksək səviyyədə qurdu. COP29 ərəfəsində və keçirilən vaxt tədbirlər və çıxışlar hakerlərin və kibercinayətkarların da diqqətini cəlb edirdi. Kiberhücumlardan qorunmaq üçün rabitələri və sistemləri qorumaq üçün xüsusi təhlükəsizlik protokolları yaradıldı və həyata keçirildi. COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirildi. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşdı... COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdi...

Məlumdur ki, Pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı...

İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti,həmçinin digər hüquq mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu”.

COP29-da təhlükəsizlik həm də təhlükəsiz nəqliyyat infrastrukturundan, iştirakçıların və işçilərin hərəkəti düzgün təşkilindən, habelə yaşayış yerlərində təhlükəsizlikdən asılıdır.Buna cavabdeh nəqliyyat strukturları da Metropolitendə daxil olmaqla öz işlərini yüksək səviyyədə qura bildi.

Bir sözlə COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatşılaıq məsələsinin ən vacib elementindən olan olan təhlükəsizlik təddbirlərini yüksək səviyyədə həyata keçirdi... Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik və təbii ki, onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır..."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər