Burada Sizin reklam ola bilər!

Əliməmməd Nuriyev namizədliyini geri götürdü

Əliməmməd Nuriyev namizədliyini geri götürdü"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev parlament seçkilərində namizədliyini geri götürüb.

Avrasiya.net-in məlumatına görə, bu barədə onun özü məlumat verib.

QHT sədri namizədliyini 75 saylı seçki dairəsindən irəli sürmüşdü. Onun bu dairədə əsas rəqibi tarixçi, VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı idi.

"Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır", - Nuriyev bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər