star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

YAP namizədini dəyişdi - Sabiq deputatın qızından İMTİNA OLUNDU

YAP namizədini dəyişdi - Sabiq deputatın qızından İMTİNA OLUNDUHakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.

Modern.az xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb.

YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Maniyeva Aygün Şaitdin qızı başqa namizədlə əvəz edilib.

Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.

Məlumata görə, Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.

Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi.

2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər