Sizin Reklam Burada

"YAP-ın siyahısı kifayət qədər maraqlı və əhatəlidir"

"YAP-ın siyahısı kifayət qədər maraqlı və əhatəlidir"Son günlər hamı (xüsusən də müxalifət partiyaları) YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanmasını səbrsizliklə gözləyirdi. Budur, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üzrə deputatlığa namizədlərin siyahısı müəyyənləşdirilərək mətbuatda dərc olundu, ictimaiyyətə açıqlandı. Kifayət qədər maraqlı və əhatəli siyahıdır. Belə ki, hakim partiyanın namizədlər siyahısında müxtəlif kateqoriyalardan (peşə, gender, yaş və s.) olan insanlar var. Bu siyahıda yeni gənc namizədlərə də yer verilib, YAP-ın təcrübəli, veteran simaları da təmsil olunub.

Əvvəlki seçkilərdən fərqli olaraq YAP bu dəfə 125 dairənin hamısından namizəd irəli sürüb. Hakim partiyanın bu namizədlərlə 125 dairənin hamısında mübarizə aparmağa hazırlaşması sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərin kifayət qədər rəqabətli keçəcəyini göstərir. Bu siyahının açıqlanması heç şübhəsiz ki, seçkiöncəsi proseslərin tempini daha da artıracaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi sözün əsl mənasında tarixi hadisə olacaq.

Bu günlərdə 35 illiyini qeyd edən və bu illər ərzində seçkilərdə iştirak etmək üçün özündə güc və potensial formalaşdıra bilməyən AXCP-nin və onun yedəyində gedən “Milli Şura”nın növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina etməsi isə onların ənənəvi taktikasıdır. Əli Kərimli seçkidə iştirak etməkdən yayınmalarının səbəbini cürbəcür arqument və bəhanələrlə əsaslandırmağa çalışsa da, reallıq isə onu göstərir ki, radikal müxalifət həmişə olduğu kimi budəfəki seçkilərə də hazır deyil. Seçkidən yayınan siyasi qüvvənin özünü partiya hesab etməsi isə absurddur. İstənilən partiyanın gücü ilk növbədə onun seçkilərə münasibəti ilə müəyyən olunur. Boykot taktikası radikalların gücsüzlüyünün göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər