Deputatlığa namizədliyi irəli sürülənlərin sayı 307-yə çatdı
Dərc olunub:
12-07-2024, 16:57
125 seçki dairəsindən artıq 104 seçki dairəsi üzrə 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Avrasiya.net xəbər verir ki, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iclasında məlumat verib.
Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-nin namizədliyi təsdiqlənib, onlardan 114-nə imza vərəqi verilib.