Sizin Reklam Burada

"Proseslər Bakını qane edən müstəvidə cərəyan edir"

"Proseslər Bakını qane edən müstəvidə cərəyan edir"ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda keçirilən görüşü Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişin təzahürü kimi qiymətləndirmək olar. Bu görüş tərəfləri yekun sülh sazişinə bir addım da yaxınlaşdırdı.

Görünən budur ki, tərəflər Vaşinqton görüşünün nəticələrindən razı qalıblar. Çünki Bayramov və Mirzoyan sülh sazişinin hazırlanmasının yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar. Və Vaşinqtonun bu prosesdə yer alması prosesin sürətləndirilməsinə əlavə təkan verə bilər. Vaşinqton sülh razılaşması üzərində aparılan işin tez bir zamanda yekunlaşmasının və yekun sazişin tezliklə imzalanmasının vacibliyini həm İrəvanın, həm də Bakının diqqətinə çatdırır. Çünki ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasında və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu isə ABŞ-la bərabər, bizim də maraqlarımıza cavab verir.

NATO sammiti çərçivəsində keçirilən üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına xidmət edən Almaniya və Qazaxıstan görüşlərinin məntiqi davamıdır. ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə qeyd edib ki, son bir il yarım ərzində Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər və bugünkü görüş də əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Blinken həmçinin tərəflərin sülh razılaşmasını əldə etməyə çox yaxın olduqlarını qeyd edib. ABŞ tərəfi buna əmindir.

Düzdür, hazırkı mərhələdə Bakı İrəvanla heç bir vasitəçilər olmadan keçirilən ikitərəfli görüşlərdə daha çox maraqlıdır. Lakin bununla belə, biz yekun sülh razılaşmasını yaxınlaşdıran istənilən vasitəçilik təşəbbüslərini müsbət qiymətləndiririk. Bu mənada NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrinin faydalı olacağına şübhə etmirik. Maraqlar üst-üstə düşürsə, bu fürsətdən yaxşı mənada yararlanmaq lazımdır. Hazırkı mərhələdə ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı maraqları bizim maraqlarımızla kəsişir. Bu isə Ermənistanın sülhə məcbur edilməsi üçün əlverişli zəmin yaradır. Ümid edirik yaxın zamanlarda ilk növbədə hansısa çərçivə sazişi imzalanacaq. Proseslər Bakını qane edən müstəvidə cərəyan edir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər