Sizin Reklam Burada

Türk dünyasının birləşməsi

Türk dünyasının birləşməsi Bildiyimiz kimi 06 iyul 2024-cü il tarixində Azərbaycanın tacı olan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilmiş Zirvə görüşü rəmzi məna daşıyırdı. Bu təşəbbüsün bütün türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Şuşa şəhərində keçirilmiş Zirvə görüşü təşkilata üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından önəmli idi. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi daha da gücləndirəcək amillərdir.

Zirvə görüşündə çıxışı zamanı Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi kimi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.

Dövlətimizin başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Cənab Prezident həmçinin çıxışı zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və abadlıq işlərindən də bəhs edərək xüsusi olaraq vurğuladı ki, bu layihələrin icrasında Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər yaxından iştirak etməkdədir. Xüsusilə qardaş türk dövlət başçılarının işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi, burada aparılan quruculuq və abadlıq işləri ilə yerində tanış olması bunun bariz sübutudur. Digər tərəfdən Zirvə görüşünün ən mühüm hadisələrindən biri isə dövlət başçıları tərəfindən Qarabağ Bəyənnaməsinin imzalanması oldu. Məhz Qarabağ Bəyənnaməsinin imzalanması Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında əlaqələrin dərinləşməsində növbəti addım olmaqla yanaşı Türk əsrinin yüksəlişinin rəsmi təsdiqi olan mühüm sənəd kimi tarixə düşmüş oldu.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər