Sizin Reklam Burada

Zəfərimizin uğurlu davamı

Zəfərimizin uğurlu davamıProf. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Ölkəmizin ŞƏT-in Zirvə toplantısına dəvəti ölkəmizin quruma üzv dövlətlər arasında inkişaf edən hərtərəfli tərəfdaşlığın göstəricisidir. Əlbətdə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.

Qeyd edim ki, cənab Prezident İlham Əliyev hər dəfə nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Ölkə başçısı həmin tədbirlərdə ölkəmizin bütün sahələr üzrə inkişafndan, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-bərpa işlərindən, dövlətimizin hər daim sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən bəhs edir. Fəxrlə bildirməliyəm ki, Prezident İlham Əliyev bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilmiş görüşdə iştirakı və çıxışı ilə yenə də dünyaya ciddi mesajlar verdi, həmçinin mühüm əhəmiyyətli məqamları diqqətə çatdırdı. Sözsüz ki, qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

İlk növbədə vurğulayım ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib.
Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir..

Bu bir daha ona sübutdur ki, Azərbaycanla Qazaxıstan arasında mövcud olan müasibətlər yüksələn xətt üzrə inkişaf edir. Həmçinin qarşılıqlı səfərlərin mütəmadi xarakter alması iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının əsas göstəricisidir. Ancaq xüsusilə diqqətə çatdırım ki, iki ölkə arasında olan əlaqələrin əsasını Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar təşkil edir. Belə ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 ildən çoxdur ki, uğurla davam edir. Əlbətdə ki, son illərdə bu əməkdaşlq bütün sahələri əhatə edir və bu gün də uğurla davam etdirlir. Qazaxıstan Azərbaycanın sıx əlaqədə olduğu Türk dövlətlərindən biridir. Qazaxıstanla Azərbaycan eyni kökə, dinə, mədəniyyətə və dil yaxınlığına malikdirlər. Hər iki ölkənin dostluğu, qardaşlığı əsrlərə dayanır. Hal-hazırda Qazaxıstanda 300 mindən artıq azərbaycanlı yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir.

Bundan əlavə, ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.

Eyni zamanda, 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik.

Ümumiyyətlə, Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçıları isə Azərbaycana müntəzəm olaraq səfər edirlər. Bu isə ölkələrarası möhkəm dostluğa, əlaqələrin inkişafına və hərtərəfli əməkdaşlığın yaranmasına gətirib çıxarır.

Bəli, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Hazırda, işğaldan azad edilmiş ərazilərimizdə sürətlə tikinti-bərpa işləri aparılır. Ev-eşiyindən didərgin düşmüş soydaşlarımız öz doğma ata-baba yurdlarına üz tuturlar. Bu da böyük Zəfərimizin uğurlu davamıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər