Sizin Reklam Burada

Qurtuluş Gününün müasir sədaları

Qurtuluş Gününün müasir sədaları15 iyun tarixi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə təqvimimizə yazılan bu gün müasir tariximizin ən şanlı və parlaq salnaməsinin əsasını qoydu. Bu tarixi dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyev öz müdrik fəaliyyəti ilə yazdı. Azərbaycan tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilən həmin gün xalqın və dövlətçiliyimizin xilası olaraq müstəsna əhəmiyyətə malikdir.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş və onun adı Azərbaycan xalqının rəmzinə çevrilmişdir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan, ölkəmizin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz və böyük qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Təsadüfü deyildir ki, Azərbaycanın 1969-cu ildən başlanan dövrü Heydər Əliyev dövrü kimi tariximizdə öz yerini tutmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr isə 1993-cü ilin 15 iyunundan başlayır. Lakin bu dövr müstəqillik tariximizin ən mürəkkəb və çətin dövrü kimi yaddaşlarda qalmışdır. Çünki yenicə müstəqilliyini əldə etmiş xalqımız daxili və xarici müdaxilələr nəticəsində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Parçalanıb yox olmaq təhlükəsi ilə üz-üzə qalan müstəqil dövlətçiliyimiz məhz Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə xilas ola bildi. Məhz bunun nəticəsində Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazıldı.

Qısa vaxt ərzində Azərbaycanda dövlətçilik möhkəmləndirildi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətləndi. 1994-cü ilin 20 sentyabrında Ulu Öndərin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalandı. Həmçinin ölkədə hüquqi, dünyəvi və unitar dövlət qurulması istiqamətində ən böyük addımlardan biri olan Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul olundu. Qısa vaxt ərzində Yeni iqtisadi münasibətlər yaradıldı və əsaslı islahatlar həyata keçirilməsi nəticəsində sənayedə və kənd təsərrüfatında uğurlar əldə edildi.

Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti 2003-cü ildən etibarən onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu müdrik siyasətin məntiqi nəticəsidir ki, aradan keçən müddət ərzində ölkəmiz Ümummilli Lider Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçmişdir. Bütün sahələrdə əldə edilmiş uğurlarla yanaşı ordumuzun gücləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Xüsusilə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımız azad edildi. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda “Böyük qayıdış”ın həyata keçirilməsi məqsədilə tikinti, quruculuq və abadlıq işləri sürətlə həyata keçirilməkdədir.

Azərbaycan xalqı bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini böyük qürur hissi ilə izləyir. Əminlikləə deyə bilərik ki, məhz Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilasını, dövlətimizin tərəqqisini ifadə və ehtiva etməklə yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın Qurtuluşunu, azad və abad məkana çevrilməsini, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir.

Hazırda postmüharibə dövründə və dünyanın yeni geosiyasi vəziyyətində müstəqil Azərbaycan öz layiqli yerini tutmaqdadır. İnanırıq ki, müstəqil Azərbaycan Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da böyük uğurlara imza atacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər