Sizin Reklam Burada

Prezidentin son səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək

Prezidentin son səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəkBildiyimiz kimi cari ilin iyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə getmişdir. Qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində ərəb ölkələri ilə münasibətlərin inkişafı hər zaman əsas istiqamətlərdən birini təşkil edib. Bu baxımdan cənab Prezidentin Misirə son səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Səfər çərçivəsində iki dövlət arasında əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. Dövlət başçılarının ikitərəfli görüşü və imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.

Sənədlərin imzanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi öz çıxışlarında Azərbaycan-Misir münasibətlərinin inkişafından məmnunluğ ifadə edilmiş və iki dövlətin beynəlxalq təşkilatlar səviyyəsində fəal əməkdaşlıq etdiyi xüsusi vurğulanmışdır. Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunuldu. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunun qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırıldı. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirildi.

Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Möhtərəm cənab Prezident İlham Əliyevin Misirə son rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər