Sizin Reklam Burada

Birliyin göstəricisi

Birliyin göstəricisiTürk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Bu günlərdə Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində yol xəritəsi oldu.

Dövlət Başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcəyinə, belə toplantıların bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olduğuna əminliyini bildirib : “Əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.”

Azərbaycanın xarici siyasətinin prioritetlərinindən biri və birincisi olan Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin prioritet istiqamət kimi müəyyən olunduğunu qeyd edən ölkə başçısı bir daha vurğulayıb ki, “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.”

Prezident İlham Əliyev bildirmişdir ki, bir aydan sonra Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünün böyük rəmzi mənası var. Çünki Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Bu müddət ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdam və Füzulidə olublar. Bununla yanaşı, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar birliyimizin göstəricisidir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

Görüşün əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirən ölkə başçısı nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı olan proses olduğunu qeyd etmiş və demişdir: Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.

Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər