Sizin Reklam Burada

"Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq"

"Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq"Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir.

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb.

O, qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər