Deputatların tətili təxirə salındı - Növbədənkənar sessiya olacaq
Dərc olunub:
31-05-2024, 13:16
Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Avrasiya.net xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyaları Milli Məclisin sədri, Azərbaycan Prezidenti və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırılır.
Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.
Qeyd edək ki, deputatlar bu gün tətilə getməli idi.