Sizin Reklam Burada

"Dünya dövlətlərinin Azərbyacana böyük etimadı var"

"Dünya dövlətlərinin Azərbyacana böyük etimadı var"Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Fransanın dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda qlobal miqyaslı tədbiri boykot etməsi diqqət çəkir.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki,COP29-un Azərbaycanda keçirilməsinin səbəbindən danışıb:

“Bu, bir ölkənin qərarı deyil. Dünya dövlətlərinin Azərbyacana böyük etimadı var. Bunun isə bir çox aspektləri mövcuddur. Azərbyacanın Qoşulmama Hərəkatında institutlar yaratmasını, bütün bəşəri dəyərlərə sadiqliyini gördü. Bütün dünya, eləcə də Fransa kimi böyük dövlətlər COVİD-19 zamanı vaksinləri monopoliyaya götürmüşdülər, baqa ölkələrə vermək istəmirdilər. Amma Azərbaycan 30-dan çox ölkəyə yardım əli uzatdı. Azərbaycan bəşəri dəyərlərə xidmət edən qərarların, qanunların tərəfdarıdır. O beynəlxalq konvensiyalara qoşulub. O cümlədən transsərhəd sualara, iqtlim dəyişikliyinə münasibətinə görə fərqlənir.

Azərbaycan 2030-cu ilə qədər emmisyanın 35 faiz azaldılmasını öhdəlik götürüb. BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, yerinə yetirilmir, ermənilər ərazilərimizdən çıxmırdılar. Dünya dövlətləri artıq bu qətnamələrə dırnaqarası kimi baxırdı. Azərbaycan BMT-nin qərarlarını icra edən dövlət oldu.Dövlətimiz işğaldan azad etdiyi ərazilərdə təbii resurslardan səmərəli istifadə ilə yanaşı, həmin yerləri, üstəgəl Naxçıvanı yaşıl zona elan edib sıfır tullantıya nail olmağı hədəf götürüb. Milli prioritetlər içərisində məhz ekologiya və təmiz ətraf mühit xüsusi yer tutur. BMT-nin 17 məqsədi var. Bunlardan 5-6-sı birbaşa ətraf mühitlə bağlıdır. Azərbaycan ora 18-ci maddəni əlavə edib.Bu da ölkələrin minalardan təmizlənməsi ilə bağlıdır. Azərbaycan dünyada bu gün ədalət simvolu kimi tanınır".

S.Qurbanov Fransanın hər zaman qərəzli olduğunu vurğulayıb:

"Kiminsə, Azərbaycanın ev sahibliyini boykot etməsi bizim həyata keçirdiyimiz bu qədər işlərin yanında maddi nöqtədir. Azərbaycan bərpaolunan enerji sahəsində nəinki öz daxilində Macarıstan, Rumınya, Gürcüstanda mühüm işlər həyata keçirir. Azərbaycan BP, ACWA POWER , Masdar kimi böyük şirkətlərlə bərpaolunan, külək-günəş enerjisinin istismarında yeniliklərə imza atır. Sadaladıqlarımızın yanında kimin nəsə deməyi gülüncdür. Bizim neft ölkəsi olmağıımızı bəhanə gətirilər.

Cənab Prezident çox yaxşı bəyan etdi ki, ərazimizdə neft olması bizim günahımızdımı?. Lakin biz qazıntı yanacağından əldə etdiyimiz vəsaitlə bərpaolunan enerji sahəsində böyük yatırımlar edirik. Ona görə də kiminsə nəsə deməsi, hansısa formada təzyiq metodundan istifadə etməsi mənasızdır. Fransa həmişə qərəzli dövlət olub. Azərbaycanla Fransa arasında böyük fərqlər var. Azərbaycanın bir zəngin iş adamı, Zeynəlabidin Tağıyev Pakistana 300000 vaksin göndərib onları xilas edəndə Fransa Ruandada, Yeni Kaledoniyada, digər Afrika ölkələrində insanları qırırdı. Bizim bəşəriyyətə yanaşmamızdakı fərq bax budur. Yağış yağıb çartdaqlar örtülüb, guya Fransa demokratiya ixrac edir? Demokratiyanın fundamental dəyərlərini bu ölkə araşdırsın, görsün ki, Azərbaycanla özünün fərqi nədir? Biri süngü ilə, digəri isə elmlə, ağılla bəşəriyyətə Nizamilər, Füzulilər, İkinci Dünya Müharibəsinin taleyini həll edən Yusif Məmmədəliyev kimi insanlar yetirib. Belə bir xalqla zarafat etmək olmaz. Bunu Fransa anlamalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər