Sizin Reklam Burada

Yeni mərhələyə qədəm qoyan Azərbaycan-İran münasibətləri

Yeni mərhələyə qədəm qoyan Azərbaycan-İran münasibətləriDünyanın yeni geosiyasi vəziyyətində öz milli suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikası regionda yeni reallıqlar yaratmışdır. Hazırda ölkəmiz həyata keçirdiyi layihələrlə təkcə özünün deyil, bütün bölgə ölkələrinin rifah yüksəlişinə böyük töhfələr verir. Məhz bunun nəticəsidir ki həyata keçirilən bu layihələr regionda sülh və əməkdaşlıq imkanlarının inkişafına,həmçinin region ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə stimul yaradır.

Bu baxımdan son illərdə Azərbaycan Respublikası ilə qonşu İran İslam Respublikası arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və mühüm layihələrin icrasında birgə əməkdaşlıq əsas rol oynayır. Cari ilin may ayının 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının hər iki dövlət başçısının iştirakı ilə açılış mərasiminin keçirilməsi İran-Azərbaycan dostluğunun növbəti təzahürü oldu.

Açılış mərasimində hər iki dövlət başçısı çıxışlarında Azərbaycanla İran arasında son illərdə dərinləşən dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edərək dünyaya mühüm mesajlar verdi. Xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında iki dövlət arasında yüksələn xətlə inkişaf edən münasibətlərə toxunaraq xüsusi vurğuladı ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Azərbaycan və İran arasında mövcud olan bu dostluğun dərin kökləri və tarixi vardır. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Həm beynəlxalq məsələlərlə əlaqədar, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür və bu, bölgənin sabitliyi üçün çox önəmli bir amildir.

Qeyd etməliyik ki, ortaq dini və mədəni dəyərlərə sahib olan Azərbaycan və İran arasında münasibətlər qədim tarixə malikdir. Təəssüf ki, Azərbaycan ötən əsrin 90-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında münasibətlər qənaətbəxş olmamışdır. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bütün sahələrdə olan yarıtmaz siyasəti eyni zamanda xarici siyasətdə özünü daha qabarıq göstərmiş və qonşu dövlətlərlə, xüsusilə İran İslam Respublikası ilə əlaqələr istənilən səviyyədə qurulmamışdır. Məhz bu fürsətdən istifadə edən mənfur qonşumuz İranla münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmışdır. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı Azərbaycanın bütün sahələrdə olduğu kimi xarici siyasətində də köklü dəyişikliklərə gətirib çıxarmış oldu. Belə ki, qonşu dövlətlərlə o, cümlədən İranla əlaqələrimizn genişlənməsi sonrakı dövrlərdə Azərbaycanın xarici siyasətdə əlini gücləndirmiş oldu.

Ulu Öndərin layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişi isə Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-İran münasibətləri dost və müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər