Sizin Reklam Burada

“Zəfər çələngi” və "Xalqa bağışlanmış ömürdən anlar” adlı kitabların elektron versiyaları hazırlanıb

“Zəfər çələngi” və "Xalqa bağışlanmış ömürdən anlar” adlı kitabların elektron versiyaları hazırlanıbPrezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş, “Zəfər çələngi” və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömürdən anlar” adlı kitabların elektron versiyaları https://turktoday.info/ portalına yüklənərək, oxucuların istifadəsinə verilmişdir.

Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycandaki Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, professor, siyasi elmlər doktoru Cümşüd Nuriyevin; Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyevanın; Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi Mayıl Orucovun və həmin kafedranın dosenti S.İbrahimovanın həmmüəllifliyi ilə yazılmış “Zəfər çələngi” adlı kitabının elektron versiyası fondun https://turktoday.info/ portalına yüklənmişdir.
“Zəfər çələngi” bütünlüklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə dövlətinə və millətinə gətirdiyi uğurlar toplusunun siyasi və iqtisadi təhlilinə həsr olunmuşdur.

Azərbaycan-Qırğızstan münasibətləri və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyəti ilə geniş məqalə ilə açılan kitabda ardıcıllıqla, İlham Əliyevin Milli Dövlət quruculuğu; Milli təhlükəsizliyin təmin edilməsi; enerji təhlükəsizliyi; nəqliyyat təhlükəsizliyi, sosial təhlükəsizlik; hərbi təhlükəsizlik; informasiya təhlükəsizliyi; ekolji təhlükəsizlik, kadr və gənclər; rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə; iqtisadi və təhlükəsizlik və ərzaq təminatı; gömrük və xarici siyasəti təhlil və şərh edilmiş, dəqiq beynəlxalq və yerli statistik məlumatlar cədvəllər və diaqramlar vasitəsi ilə işıqlandırılmışdır.

Müzəffər Ali Baş Komandan, Prezident İLHAM ƏLİYEVİN rəhbərliyi altında son üç il ərzində Silahlı Qüvvələrimiz 220 illik işğal tarixinə son qoydu və biz artıq qələbənin dadını hiss edən və yaşayan bir xalqıq. Bütün bunlara görə şəhidlərimizin ruhları qarşısında baş əyir və onları xüsusi hörmətlə anırıq. Qazilərimizə acil şəfalar diləyir və minnətdarlıq hissi ilə salamlayırıq.

Dünyanın ədalətinin itdiyi bir zamanda böyük peşəklarlıq və dövlət idarəetmə ustadlığı göstərən Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV dünya erməni lobbisinə və onları dəstəkləyən bütün beynəlxalq güclərə qalib gəldi. 30 ilə yaxın erməni işğalı altında qalan və tamamilə dağıdılımış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının əraziləri düşmən tapdağından azad olundu.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın hərbi qüdrətini və döyüş taktikasını bütün dünyaya tanıtdı. Biz Zəfər çaldıq və ən böyük uğurumuz olan ərazi bütövlüyümüzü bərpa etdik. Bu müharibənin hərbi-siyasi, tarixi-ideoloji və iqtisadi nəticələri haqqında hələ çox danışılacaq və yazılacaqdır.

Son üç il ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə əməliyyat keçirməklə torpaqlarımızı düşmən terroristlərindən təmizlədi. Bir günlük (19-20 sentyabr 2023-cü il) Antiterror əməliyyatı keçirən Silahlı qüvvələrimiz 23 saatdan bir az artıq müddətdə düşməni bir daha diz çökdürdü. Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın tapşırığını uğurla icra etdi. Eyni zamanda, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən əldəqayırma qurumun bütün rəhbərlərini və əsas ideoloqlarını həbs edib Bakıya gətirdi.

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış binaları, sosial, nəqliyyat və iqtisadi infrastruktur sürətlə bərpa olunur. İndi dövlətimiz “yaralı” bölgələrimizin yaralarını “sağaltmaqla” məşğüldur. Bütün işlər sürətlə və keyfiyyətlə həyata keçirilir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və tikinti işlərinə başlanılıb, mühüm infrastruktur layihələri həyata keçirilir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz sərhədlərinə tam nəzarət edir.

Möhtərəm Prezidentin gördüyü işlər Azərbaycan dövlətini dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir. Müzəffər Ali Baş Komandan əsası Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmiş milli dövlətçilik siyasətini uğurla həyata keçirir. Məhz son iyirmi ildə Azərbaycan dünya miqyasında baş verən siyasi proseslərə istiqamət verə bilən bir dövlətə çevrilmişdir ki, bu yolu əksər dövlətlər daha çox zaman xərcləməklə keçə biliblər. Azərbaycan nəinki Cənubi Qafqazda və MDB məkanında, artıq Avropa İttifaqında belə öz sözü, imzası və iradəsi ilə tanınan müasir bir dövlətdir.

Yuxarıda sadalanan bütün məsələlər kitabda geniş yer almışdır.

“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüxsə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün hesablanıb. Bu, fondun nəşr etdirdiyi 160 cı kitabdır.
Həm də Fond, kitabın təbliğat istiqamətində böyük əhəmiyyət kəsb etdəcəyini nəzərə alaraq kitabın elektron versiyasını öz portalına yükləmişdir.

Bundan başqa Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” (“Элге берилген өмүрдүн көз ирмемдери”) 161 ci kitabının qırğız dilindəki variantının da elektron versiyası hazırlanaraq fondun https://turktoday.info/ portalına yüklənmişdir.
Xatırladaq ki bu kitabın nəşrində əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.

Kitabda SSRİ-nin mövcudluğunun son illərində dünyada və Azərbaycanda gedən proseslər, xalqımızın qarşılaşdığı faciələr barədə məlumat verilir. Müəlliflər görkəmli dövlət və siyasət xadimi, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu və Naxçıvan Muxtar Respublikasında olduğu dövrdə, sonradan Azərbaycana rəhbərliyi zamanı fəaliyyətindən, onun ölkəni və xalqımızı həmin illərdə Azərbaycanın başının üstünü almış bir çox fəlakətlərdən xilas etməsindən bəhs edirlər.

Kitabda, həmçinin Heydər Əliyevin təşəbbüsü ilə yeni tipli siyasi təşkilat olan və qısa müddətdən sonra ölkənin hakim partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması prosesi əks olunub. “Xalqa bağışlanmış ömürdən anlar” nəşri Ulu Öndərin 1969-cu ildən 1996-cı ilədək olan dördə həyat və fəaliyyətini xronoloji qaydada əhatə edir.

Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, Qırğız Respublikası Jokorqu Keneşinin (Parlamentinin) V və VI çağırışlar deputatı olmuş, respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə etmişdir.
Kitabın ilk səhifəsində yer almış siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin müəllifi olduğu “Heydər Əliyev və Azərbaycanın milli dövlətçilik fəlsəfəsi” (Гейдар Алиев жана Азербайджан улуттук мамлекетинин философиясы) və ardınca gələn “Müasir Azərbaycanın qurucusu, xilaskarı və yaradıcısı.” siyasi elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin müəllifləri olduğu əsərləri isə İctimai xadim, Qırğızıstan Milli Yazıçılar İttifaqının üzvü, Atatürk mükafatı laureatı, “Exo Manasa” teleradio şirkətinin baş direktoru, qırğızların və türkdilli xalqlar tarixinə dair bir çox kitabların müəllifi Toktoqaziyev Temirbek Şukurbekoviç qırğız dilinə tərcümə etmişdir.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ümidvardır ki, 500 nüxsə ilə, “Uluu Toolor” nəşriyyatında çap olunan bu nəşrin qırğız dilinə tərcüməsi və həmin kitabın elektron versiyası qardaş ölkədə geniş kütlələrə Azərbaycan xalqının Ümummilli Lideri haqqında öz ana dilində daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək.

Qeyd edək ki Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun rəhbəri uzun illər Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin müqəddəs irsinin, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini eləcə də Azərbaycannın tarixini, ədəbiyyatını, mədəniyyətini Orta Asiya Ölkələrində yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.

Bu linklərə daxil olaraq, heç bir məhdudiyyət qoyulmadan, kitabın şəklinin üzərinə tıklayaraq, PDF versiyasını yükləyib oxumaq olar:
https://turktoday.info/biblioteka.html https://turktoday.info/biblioteka-kyrgyzstan.html

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər