Sizin Reklam Burada

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin ən yüksək zirvəsini təşkil edən 8 noyabr Azərbaycan xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi xalqımızın yaddaşında silinməz iz buraxdı. Hər birimiz yaxşı xatırlayırıq ki, Vətən müharibəsinin gedişində mətbuata müsahibəsi zamanı Şuşa ilə bağlı ünvanlanmış sualı cavablandıran Ali Baş Komandan cənab İlham Əliyev xüsusi olaraq bildirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar” ifadəsi Azərbaycan dövlətinin qətiyyətinin nümayişi idi. Məhz cənab Prezidentin qətiyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində 8 noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsi Vətən müharibəsinin ən həlledici məqamlarından biri kimi tariximizə qızıl hərflərlə yazıldı. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olan digər ərazilərimiz kimi Şuşa şəhəri də erməni vandalizminin qurbanına çevrilmişdi. 28 il düşmən tapdağı altında qalan qədim Şuşanın azad edildiyi gün Azərbaycan xalqına müraciət edən Möhtərəm cənab Prezident bu sevincli xəbəri verdikdən sonra çıxışının sonunda ifadə etdiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözləri bu gün real həyatda öz təsdiqini tapır. İşğaldan azad edildikdən dərhal sonra Şuşa şəhərində aparılan quruculuq və abadlıq işlərini xalqımız böyük qürur hissi ilə izləyir. Həyata keçirilən infrastruktur layihələrinin yeganə məqsədi öz doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızı tarixi torpaqlarına qaytarmaq və onlar üçün müasir səviyyədə həyat şəraiti yaratmaqdır.

Müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf edən Şuşa şəhərinə sakinlərin 32 ildən sonra qayıdışı mühüm tarixi əhəmiyyət kəsb edirdi. 10 may 2024-cü ildə tarixdə dövlətimizin qüdrəti ilə gündən-günə gözəlləşən, abadlaşan, dirçəldilən Şuşa şəhəri öz doğma sakinlərini qəbul etdi. Bu tarixi tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksinin açılışını etdikdən sonra sakinlərlə görüşdülər. Tədbirdə çıxış edən dövlətimizin başçısı öz nitqində mühüm mesajlar verdi. Cənab Prezident Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərkən bildirdi ki, “Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik”. Dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə artıq tarixi ədaləti bərpa edib və bizim əsas məqsədimiz regionda sülhə nail olmaq və əməkdaşlığı genişləndirməkdir.

Qeyd etməliyik ki, qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir. Ermənistanda mövcud revanşist qüvvələr və onların xaricdə olan himayədarları unutmamalıdır ki, Dəmir Yumruq yerindədir. Məhz mövcud Ermənistan hakimiyyəti ölkəmizin xoş niyyətini düzgün qiymətləndirməli, sülh müqaviləsinin imzalanması üçün həlledici addımlar atmalıdır. Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq!”

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər