Sizin Reklam Burada

İran Azərbaycana kiminlə dost, kiminlə düşmən olacağını deyə bilməz!

İran Azərbaycana kiminlə dost, kiminlə düşmən olacağını deyə bilməz!Artıq 10 gündür ki, Yaxın Şərqdə İsrail-İran arasında ciddi gərginlik yaşanmaqdadır. İsrail Avropa İttifaqını İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

TASS-ın yaydığı məlumata görə, İsrail XİN rəhbəri İsrail Kats İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra “pirat əməliyyatı” keçirməkdə və “beynəlxalq hüququ pozmaqda” ittiham edib.

Qeyd edək ki, İran SEPAH tərəfindən Hörmüz boğazında konteyner gəmisinin ələ keçirildiyini təsdiqləyib.

Bəs İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Referans.az-a açıqlamasında bildirib ki, İranla İsrail arasında olan gərginlik hazırda kuliminasiya nöqtəsindədir.

“Bu gərginliyə əsas səbəb kimi Suriya ərazisində fəaliyyət göstərən İran konsulluğuna qarşı İsrail tərəfdən atılan raket, orada konsulluq nümayəndələrinin həyatını itirməsi, digər məsələlər, təbii ki, bu şəraiti yaradan əsas amillərdən biridir. Ümumiyyətlə, İran daim həm HƏMAS-ı, həm də Hizbullahı dəstəkləyən və İsrailə qarşı onların atdığı addımlarda kömək göstərən dövlətlərdən biridir. İsrail İrana qarşı raketlərdən, pilotsuz uçan aparatlardan hətta ballistik raketlərdən belə istifadə etdi. Düşünürəm ki, elə də ciddi nəticə də əldə edə bilmədi”.

Deputat qeyd edib ki, iki dövlət arasında hazırkı gərginliyin sonunun nə ilə nəticələnəcəyi hələ sual altındadır. Əsas məqam odur ki, İran və İsrail region ölkələrinə və digər dövlətlərə hava məkanlarının bağlanması ilə bağlı müraciət etmişdi.

“Bütün bu müraciətlərə baxmayaraq bir sıra dövlətlər – İordaniya, Misir və s. dövlətlər hava məkanını daim açıq saxladı. ABŞ və Böyük Britaniyanın hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxarırdı”.

Arzu Nağıyev Azərbaycanın istər hava məkanını, istərsə də quru strateji əhəmiyyətli hava limanlarını heç vaxt qonşulara qarşı istifadə olunmayacağını da qeyd edib. Deputat bu məqamın həm də İrana aid olduğunu ifadə edib.

“İsrail və İran arasında gedən müharibəyə baxmayaraq, Azərbaycan birmənalı şəkildə hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Məlum məsələdir ki, İran ərazisində çoxsayılı azərbaycanlılar yaşayır. Əgər İrana qarşı hər hansısa addım atılsa, bu azərbaycanlıların sərhədi keçərək Azərbaycana gəlmə ehtimalı ola bilər. Hələ ki, bundan başqa hər hansısa bir problem yaşanmır. Düşünürəm ki, böyük dövlətlərin də İrana və İsrailə etdikləri müraciətlərlə bu məsələ öz həllini tapacaq”.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyib ki, İran hakimiyyəti İslam dünyasının İsrailə qarşı döyüşməsini arzulayır.

“Müasir dünyada İran hakimiyyətinin belə iddialar irəli sürməsi çox cəfəng görünür. Çünki vaxtı ilə Azərbaycanın əraziləri işğal olunanda, əhalisi soyqırıma məruz qalanda bütün müsəlman ölkələrinə, o cümlədən, Ermənistana qarşı bu məsələdə daha sərt yanaşmağı, sanksiyaların tətbiq olunmasını, Ermənistanla iqtisadi əlaqələrin kəsilməsini və s. kimi təkliflər edilmişdi. Lakin İranın etdiyi tam əksi oldu. O, müsəlman olan Azərbaycana qarşı Ermənistanla birləşərək fəaliyyət göstərdilər. Buna görə də İranın bu tip iddiaları yersiz və gülüncdür. Dünyanın bütün ölkələri müstəqil şəkildə münasibət qurduqları, əməkdaşlıq etdikləri ölkələri seçirlər. Buna görə də İran Azərbaycana kiminlə dost, kiminlə düşmən olmağı deyə bilməz”.

Siyasi şərhçi vurğulayıb ki, İran-İsrail münasibətlərinin gərginləşməsi və yaxud ehtimal olunan mümkün müharibəyə çevrilməsi, şübhəsiz, Azərbaycana da təsir edə bilər. İlk növbədə Cənubi Azərbaycan türklərinin təhlükəsizliyinə təhdid yarandığından Azərbaycan cəmiyyətini bu məsələ narahat edə bilər.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər