Sizin Reklam Burada

"Bz yalnız Şuşa Bəyannaməsi ilə kifayətlənməməliyik"

"Bz yalnız Şuşa Bəyannaməsi ilə kifayətlənməməliyik"Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər. Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəklərini bildiriblər. Əslində Orta Şərqdə hər zaman gərginlik olub.
Son hadisələr, yəni İranın İsrail ərazisinə hava hucumları vəziyyəti xeyli gərginləşdirib. Bunun cavabsız qalmayacağı şübhə doğurmur.

Bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, narahatlıq doğuran məqam ondan ibarətdur ki, Orta Şərqdə və həmçinin Cənubi Qafqazda hər zaman sabitliyi pozmaq istəyən qüvvələr olub və olacaq. Bu regionların strateji əhəmiyyəti, zəngin təbii ehtiyatları və digər faktorlar İran daxil olmaqla, Rusiyanın, ABŞ-ın və başqa iddialı ölkələrin maraqlarını toqquşdurur. Regiona maraq göstərən bu ölkələrin ziddiyyətli münasibətləri, imperiya düşüncələrindən əl çəkməmələri regiona və həmçinin ölkəmizə təhdiddir.

Beynəlxalq hüquqa etinasızlıq, BMT-nin gücsüz, dişsiz quruma çevrilməsi real vəziyyətin xeyli ağırlığından xəbər verir:

"İran İsrailə hava hucumu etməklə, həm də qonşu ölkələri təhdid edir. Bu hucum nə qədər uğursuz olub, bu başqa bir söhbətin mövzusudur. Lakin təhdid, güc nümayişi ortadadır.

Bəs, belə məqamda Azərbaycan nə etməlidir ki, ölkəmiz hər hansı təhdidlə üzləşməsin?
Mənim qənaətimcə, Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Dünyada at izinin it izinə qarışdığı məqamda Türkiyə və Azərbaycanın ortaya qoyduğu əməkdaşlıq modeli, Şuşa Bəyannaməsi bir çox təhdidlərin qarşısının alınmasında çox ideal variantdır.
Cənubi Qafqaz regionunda sabitliyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribatlar olcaqsa, əvəzində çox kəskin cavab tədbirlərinin tətbiq olunacağı şübhəsizdir. Təbii ki, biz yalnız Şuşa Bəyannaməsi ilə kifayətlənməməliyik. Digər sahələrdə də zəruri addımların atılmasına ehtiyac var".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər