Sizin Reklam Burada

Paşinyan saxta sülhsevər obrazından da əl çəkməlidir

Paşinyan saxta sülhsevər obrazından da əl çəkməlidirErmənistanın Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) dinc yolla Azərbaycana qaytarılmasını və sülh sazişinin imzalanması prosesini süni surətdə uzatması onsuz da rəsmi İrəvana xüsusi heçnə qazandırmayacaq. Məlum məsələdir ki, Ermənistanın yenidən əvvəlki sürüşkən mövqeyinə qayıtması heç də səbəbsiz deyil. Biz bunun ilkin əsas səbəbini aprelin 5-də Qərbin aparıcı güclərinin (ABŞ, Aİ, Fransa) Brüsseldə keçirilən görüşdə Ermənistanı sülh prosesindən eskalasiya yoluna yönəltməsində axtarmalıyıq. Digər səbəbi isə Ermənistanın baş naziri Nikol Paşinyanın vaxt qazanmaq və Ermənistanın hərbi gücünü artıraraq paritet yaratmaq, Azərbaycanla eyni güc ortamında, “güc dili”ndə danışmaq planları ilə bağlıdır.

Lakin istər ABŞ-Aİ “duet”inin, istərsə də Paşinyanın eskalasiya, militarizasiya planları iflasa məhkumdur. Bu qüvvələrin hansı planları cızmalarından asılı olmayaraq Ermənistan bütün hallarda sözügedən eksklav və anklav 8 kəndi qeydsiz-şərtsiz bizə qaytarmalıdır. Ermənistanın başqa yolu yoxdur, çünki bu, ilk növbədə beynəlxalq hüququn tələbidir. Əgər Nikol Paşinyan tez-tez təkrarladığı Ermənistanın 29,8 min kvadratkilometr hüdudlarında ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasını istəyirsə, o zaman işğal altında saxlanılan kəndlərimizin qaytarılmasını müxtəlif bəhanələrlə yubatmaq taktikasına son qoymalı və ilk növbədə anklav olmayan 4 kəndi dərhal qaytarmalıdır.

Paşinyan saxta sülhsevər obrazından da əl çəkməlidir. O, sözdən işə keçməli, real addımlar atmalıdır. Ermənistanın baş nazirinin ötən ay Tavuşa səfəri zamanı “4 kəndi qaytarmasaq, Azərbaycan bir həftəyə müharibəyə başlayacaq”, deməsinin ardınca kəndlərin qaytarılması istiqamətində heç bir real addım atmaması da onu göstərir ki, ortada demaqogiyadan başqa heçnə yoxdur. Ermənistanın bir yandan “sülh göyərçini” kimi çıxış edib, lakin eyni zamanda Fransa, Hindistan, İran silahları ilə silahlanması məsuliyyətsizlik və həyasızlıq nümunəsidir. Bu xətt, bu yol Ermənistanı növbəti fiaskolara doğru aparır.

Nikol Paşinyan bu təhlükəli yoldan geri çəkilməli, praqmatik siyasət yürütməlidir. Praqmatik yol isə o deməkdir ki, rəsmi İrəvan xoşluqla Azərbaycan ərazilərini geri qaytarmalıdır. Haqqında bəhs edilən kəndlərin dinc yolla qaytarılması Ermənistanın da, Azərbaycanın da maraqlarına uyğundur. Sözsüz ki, biz həmin kəndləri güc yoluyla da geri ala bilərik. Lakin Azərbaycan hazırda tam olaraq bölgədə qalıcı sülhün bərqərar olması xəttinə köklənib. Rəsmi Bakı növbəti eskalasiyanın baş verməsində yox, diplomatiyanın qələbə qazanmasında maraqlıdır. Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa savaş yolunu deyil, barış mövqeyini tutmalıdırlar. Cənubi Qafqazda sülh və sabitliyin yolu məhz bu mövqedən keçir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər