Sizin Reklam Burada

Tarixi səfər

Tarixi səfər Azərbaycan Avropa və Asiya dövlətləri ilə yanaşı Afrika ölkələri ilə də münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Bu yanaşma bir daha onu göstərir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu çoxşaxəlidir və perspektiv hədəflərə düzgün hesablanmışdır.

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb.

Ölkələrimiz Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verirlər. Aydındır ki, həm Azərbaycan, həm də Konqo bu zəmində münasibətlərin daha da gücləndirilməsində maraqlıdırlar.

Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycanda rəsmi səfərdə oldu. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev bildirdi ki, həm təkbətək, həm də heyətlərin iştirakı ilə geniş tərkibdə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu.

Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.

Cənab Prezident İlham Əliyev aprelin 4-də Konqo Prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövr ərzində bu təşkilatın əldə etdiyi nailiyyətlərdə ölkəmizin təşəbbüslərinə hər zaman dəstək verən Konqonun da xüsusi payı vardır. Məlumdur ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional quruluş baxımından xeyli inkişaf etmişdir.

Təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Birmənalı olaraq deyə bilərik ki, əgər bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilata çevrilmişdirsə, sözsüz ki, bu dəyişmədə Azərbaycanın önəmli rolu danılmazdır.

Dövlətimizin Başçısı cənab İlham Əliyev həmçinin öz çıxışında bəyan etdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bu, ilk növbədə kənd təsərrüfatı sahəsinə şamil olunsa da, perspektivdə bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanların olduğu vurğulandı.

Cənab İlham Əliyev mətbuata bəyanatında bu faktı da xüsusi qeyd etdi ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi.

Bu gün diqqətdə olan əsas məsələlərdən biri Azərbaycanın noyabr ayında mühüm beynəlxalq tədbirə- COP29-a ev sahibliyi etməsidir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 konfransına dəvət edən İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini vurğuladı.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, yeni dostlar, tərəfdaşlar qazanması ilə yanaşı, mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına təkan verir. Bu gün bərpaolunan enerji sahəsində əməkdaşlıq əsas hədəflər sırasındadır. Azərbaycanın bu sahədə də təcrübəsi yüksək dəyərləndirilir və tətbiqinə xüsusi önəm verilir. Ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı olan COP29 Azərbaycanın bərpaolunan enerji sahəsində də mövcud imkanlarına işıq salaraq yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər