Sizin Reklam Burada

Qərbin ERMƏNİSTAN ÜÇÜN yeni “Vudro vilSON” PLANI

Qərbin ERMƏNİSTAN ÜÇÜN yeni “Vudro vilSON” PLANIAprelin 5-də Brüsseldə keçiriləcəyi gözlənilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan görüşü ətrafında, əsasən Vaşinqton və İrəvan “iqtisadi və humanitar xarakterli dialoq” görüntüsü yaratmağa çalışsalar da, prosesdə dövlət katibi Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenlə yanaşı USAİD-in direktoru Samanta Poverin də iştirak edəcəyinin vurğulanması pərdə arxasında tamamilə fərqli mövzuların müzakirə olunacağını, daha dəqiq desək, fərqli təlimatların veriləcəyini düşünməyə əsas verir. Samanta Poverin daşıdığı rəsmi vəzifə USAİD-in direktoru görəvi olsa da, bu şəxsin peşəkar təxribatçı və qlobal cəsus şəbəkəsinin əlaqələndiricisi olduğunu sübut etməyə, qənaətimə görə ehtiyac yoxdur.

Ona qalarsa, USAİD Azərbaycan dilinə tərcümədə Birləşmiş Ştatların Milli İnkişaf Agentliyi anlamını verir, amma əslində Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatları əsasında fəaliyyət göstərir və missiyası Ağ Evin hədəfində olan bölgələrdə, o cümlədən postsovet məkanında, istənilən an hərəkətə keçə biləcək nüfuz müvəkkilləri şəbəkəsi yaratmaqdan, “rəngli inqilab”lar üçün zəmin hazırlamadan ibarətdir. Samanta Poverin personasına gəldikdə isə, bu adam ermənipərəstliyin ən unikal “nüsxə”lərindən biri sayıla bilər. Məsələ burasındadır ki, prezident Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımı tanıdığını bəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq “soyqırım” ifadəsini dilə gətirdikdən sonra, Samanta Pover o qədər “xoşbəxt” və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Və elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra – aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb.

Samanta Poveri yeni “doğum günü”nə aparan “keşməkeşli” yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama adminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımı təbliğ edənlərin YALlandırılması üçün nəzərdə tutulan “Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır. Samanta qondarma soyqırımı təşviq edənlərə, reallıqda isə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən Ruben Vardanyanı “qəhrəman” adlandırır. Samanta Poverin silahlı separatizmi və terrorizmi maliyyələşdirən “pulyuyan” ləqəbli Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirildikdən sonra ölkəmizə qarşı nifrətinin birə on artmasının gerçək səbəbi də budur. Samanta xanım “qəhrəmanı”nın, Azərbaycanın istintaq təcridxanasında saxlanılmasına “tab gətirə” bilmir. Çünki erməni yalanlarının “POVERbank”ı funksiyasını yerinə yetirən SAMANTA xanım uzun illər boyu Rubenin “camaşırxana”sında yuyulan pullardan “enerji” alıb.
Qayıdaq üçtərəfli, yaxud üçTƏKƏRLİ görüş məsələsinə... ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Müller iddia edir ki, sözügedən görüşdə “ticarət tərəfdaşlarını şaxələndirməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına və humanitar ehtiyaclarının ödənilməsinə diqqət yetiriləcək”.

Maraqlı məqamlardan biri də budur ki, Metyu Millerdən fərqli olaraq, Ermənsitanın siyasi rəhbərliyi bir qayda olaraq ölkənin ticarət tərəfdaşlarının deyil, xarici siyasətinin və təhlükəsizliyinin diversifikasiya edilməsinin zərurliyindən danışır. Ermənistanın beynəlxalq hüququn subyektlərindən biri kimi mövcudluğunu qoruyub saxlaya bilməsinin əsas səbəblərindən biri də məhz elə “xarici siyasətin və təhlükəsizliyin şaxələndirilməsi” adı altında özünü müxtəlif qütblərin istifadəsinə təqdim etmək “məharətindədir”. Yoxsa, Ermənsitanın hansı ticarət potensialı var ki, hələ onun şaxələndirilməsinə də ehtiyac duyulsun.

Rusiya-Ukrayna müharibəsindən sonra birinciyə tətbiq olunan iqtisadi sanksiyalar ucbatından Ermənistanın təkrar ixrac hesabına ticarət dövriyyəsində süni artım olduğunu nəzərə alsaq, 2020-2021-c1illərin statistik göstəriciləri Cənubi Qafqazın forpost ölkəsi ilə bağlı reallıqları daha çox əks etdirir. Ermənsitan Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2020-2021-ci illərdə 2,54 milyard dollar dəyərində mal ixrac edib. Onun da təxminən 30%-i təkrar ixracın payına düşür. Ölkəyə idxal olunan malların ümumi dəyəri isə 4,54 milyard dollar olub. Təkrar ixracı nəzərə almasaq, iki il ərzində Ermənistanın xarici ticarət balansının mənfi saldosu 2 milyard ABŞ dolları təşkil edib... Vəssalam! Bu da Ermənistanın “ticarət potensialı”...

...Metyu Miller, həmçinin bəyan edib ki, Brüsseldə keçirilən görüşdə, “müzakirələr zamanı Azərbaycanla bağlı məsələlər də müzakirə oluna bilər, amma bu, Brüssel görüşünün hədəfi deyil”. O zaman sual olunur,

Ermənistan medıasının və siyasi dairələrinin leksikonundan düşməyən “təhlükəsizliyə təminat”la bağlı iddialar haradan götürülüb? Miller hansı səbəblərdən ABŞ və Avropa İttifaqının Ermənistanla birlikdə, sonuncunun “təhlükəsizliyinə təminat verən”, əslində isə hərbi pakt xarakteri daşıyan sənəd imzalamağa hazırlaşdıqları və bunun, məhz Brüsseldə keçirilən görüş zamanı baş verəcəyi barədə iddialara aydınlıq gətirmir? Sadəcə “narahatlıq üçün əsas yoxdur”, yaxud ümumi şəkildə, ad çəkmədən real mənzərəni görə bilən ölkələrin “narahatlığı üçün əsas yoxdur” deyir. Bəs ABŞ Dövlət Departamentinə və onun sözçüsünə inanmaq üçün əsas varmı? Təbii ki, yox!

Çünki Azərbaycan torpaqlarının işğal edildiyi zaman kəsiyində ölkəmizə qarşı tətbiq edilən 907-ci düzəliş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsasən icra olunması ilə nəticələnən 44 günlük müharibədən sonra Vaşinqtonun və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin sərgilədikləri beynəlxalq hüquqa zidd davranışlar, Ermənistanın silahlandırıması istiqamətində həyata keçirilən siyasət, ABŞ və Aİ-nin Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması və sülh danışıqları prosesində sərgilədikləri aqressiv və qərəzli mövqe, nəinki sözçü Millerin, hətta sözügedən dövlət və təsisatın bütün başbilənlərinə inanmaq üçün heç bir əsas vermir.

Görünən odur ki, Brüsseldə bədnam “Vudro Vilson planı”nın yeni versiyası nəzərdən keçiriləcək və Qərb türk və müsəlman dünyasının bətnində, bütövlükdə isə Qərbi və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətə malik keçid nöqtəsində “Böyük Ermənsitan” adlı qarayara yaratmaq iddiasından əl çəkməyib. Amma unudurlar ki, məkan, təxminən eyni olsa da, zaman həmin zaman deyil və tarixi reallıqlar proseslərin tamamilə əks istiqamətdə cərəyan edə biləcəyini düşünməyə daha çox əsas verir. Nəticədə “Vilson Ermənistanı” iddiaları Ermənistanın sonu ola bilər...

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər