Sizin Reklam Burada

“Azərbaycanın terror aktıyla əlaqələndirilməsini iyrənc informasiya təxribatı hesab edirəm”

“Azərbaycanın terror aktıyla əlaqələndirilməsini iyrənc informasiya təxribatı hesab edirəm”"Bu günlərdə “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izini axtarmaq bu gün çox məntiqsiz görürün və bu addımı teleaparıcı, jurnalist Vladimir Solovyovun Azərbaycana qarşı ənənəvi qərəzindən əl çəkmədiyini göstərir.

Təəssüf ki, V.Solovyov özünün məntiqsiz fikriləriylə növbəti dəfə informasiya təxribatı aparır. Özünü yüksək intellektual zəka sahibi hesab edən jurnalist hələ də bilmir ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Nəzərə alsaq ki, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun “konsprioloji təfəkkürünü” işə salmasına heç bir ehtiyac yoxdur.

V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik don verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə, habelə müsəlman aləminə antipatiya yaratmaq üçün növbəti cəhdidir.

Sözsüz ki, jurnalistin terror aktında Azərbaycan izlərini axtarmaq cəhdi onun daim ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

QHT sədri olaraq V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü iyrənc informasiya təxribatını qətiyyətlə pisləyirəm. Düşümnək olar ki, heş olmasa Azərabaycan cəmiyyətində səslən fikirləri nəzərə alıb bu cür təxribat xarakterli çıxışlara son vermiş olacaq.

Vüqar Tofiqli
Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər