Sizin Reklam Burada

Qələbəmizin növbəti rəmzi

Qələbəmizin növbəti rəmziMilli birlik, bolluq, bərəkət bayramı olan Novruzu özünəməxsus inancları ilə seçilən çərşənbələri ilə qarşılayan xalqımız Od, Su, Yel, Torpaq çərşənbələrində tonqal qalayır. Prezident İlham Əliyev cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş Qarabağ torpağında dördüncü dəfədir ki, bayram tonqalı qalanır. Dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz çıxışında ilk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etdi və bununla bizim, bütün xalqımızın bu gün tariximizin ən şərəfli dövrünü yaşamağımıza görə ilk növbədə məhz onlara borclu olduğumuzu bir daha hər kəsin daim xatırlamalı olduğunu vurğuladı.

Həmçinin dövlətimizin başçısı bir daha vurğuladı ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı və qəhrəmanlığı nəticəsində bu gün xalqımız bu torpaqlarda qurur, yaradır, bu torpaqlara həyat qayıdır. Bütün Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Artıq keçmiş köçkünlərin bir hissəsi öz dədə-baba torpaqlarına qaytarılmışdır və bu il də bu proses davam edəcək. Lakin Azərbaycan əlbəttə ki, bu Qələbəni heç də asanlıqla əldə etməyib. Xalqımız iyirmi il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqların azad olunmasına hazırlaşıb. Həmin dövrdə dövlət başçımızın bilavasitə rəhbərliyi ilə və nəzarəti altında ən müxtəlif istiqamətlər üzrə planlı şəkildə işlər aparılıb. Dövlət başçımızın uğurlu xarici siyasəti sayəsində dünyada Azərbaycanın mövqeləri möhkəmləndirilib, dostlarımızın sayı artıb.

Cənab Prezident İlham Əliyevin xalqa ünvanladığı təbrik müraciətində qeyd olunduğu kimi, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhərini və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Lakin bu gün tarixi ədalət artıq tamamilə bərpa olunmuşdur. Şəhidlərimizin qanı bahasına, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı sayəsində bu gün Azərbaycan xalqı bu torpaqlarda qurur, yaradır və bu torpaqlara həyat qayıdır.

Cənab Prezident İlham Əliyevin uğurlu strategiyası iqtisadi inkişafı təmin etdi, ölkəmiz iqtisadi müstəqilliyə nail oldu və bu gün heç kimdən nə iqtisadi cəhətdən, nə də siyasi cəhətdən asılı deyil. Güclü iqtisadiyyat Azərbaycana imkan verdi ki, beynəlxalq müstəvidə öz siyasətini müstəqil şəkildə aparsın. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Möhtəşəm Qələbəmizin növbəti rəmzi olaraq Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Azərbaycan üç ildən artıq müddətdir ki, işğaldan azad etdiyi suveren ərazilərində geniş quruculuq işləri aparır və hazırda keçmiş köçkünlərin bir hissəsi öz dədə-baba torpaqlarına geri dönmüşdür. Əlbəttə ki, bu proses bu il də davam edəcək.

Azərbaycan xalqı öz Prezidentinin, cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, öz haqqını, öz hüquqlarını döyüş meydanında bərpa etdi, işğal edilmiş torpaqları qan tökərək azad etdi. Təbrikinin sonunda cənab prezident xalqımızın bu qələbədən sonra qürurla, yaşadığını, fəxr etdiyini bildirərək demişdir: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”


Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər