Sizin Reklam Burada

Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir

Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edirAzərbaycanda XI Bakı Qlobal Forumunun keçirilməsi ölkəmizin qlobal problemlərin müzakirə olunduğu ölkə kimi statusunu gücləndirir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Ölkəmiz hər zaman qlobal layihələrin həm təşəbbüskarı, həm təşkilatçısı, həm də iştirakçısı kimi çıxış edib.

Tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək bildirmişdir ki. “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.”

Cənab Przident sürətlə dəyişən və qloballaşan dünyada yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxdığını qeyd edərək bu prosesin fonunda geosiyasi dəyişikliklər baş verdiyini bildirmiş, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacın olduğunu qeyd etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirmişik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.

Cənab Prezident bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Beynəlxalq ictimaiyyət regionda sülhün bərqərar olmasını dəstəkləyir. Lakin Fransa beynəlxalq hüquqa zidd olaraq Azərbaycana qarşı qərəzli kampaniya aparır.Dövlətimizin başçısı bu məqamı xüsusi vurğuladı.

Ölkəmizin başçısı COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirərək neft və qaz sərvətlərinə sahib olmağımızın bizim günahımız olmadığını qeyd edərək bildirib ki, buna görə tənqid edilməli deyil, yaşıl enerjiyə keçid sahəsində həyata keçirdiyimiz layihələr dəstəklənməlidir: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.”

Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.

Azərbaycan hər zaman inteqrativ təşəbbüslərlə çıxış edir. Azərbaycanın dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük.

Azərbaycan hər zaman əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir və bu ənənəsinə daim sadiqdir. Dövlət başçımızın dediyi kimi, bu hadisə Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı səylərinin qəbul edilməsidir və ölkəmiz ən yaxın gələcəkdə bərpa olunan enerji ixracatçısı kimi də özünü dünyaya tanıdacaq” .


Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər