Sizin Reklam Burada

"Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır"

"Məqsəd  Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır"Avropa Parlamenti “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməni qəbul etməklə növbəti dəfə öz riyakarlığını və ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Qətnamənin mahiyyəti əsassız və qərəzli olmaqla yanaşı, Azərbaycan və Ermənistana münasibətdə açıq-aşkar “ikili standart”ların bariz nümunəsidir. Belə ki, əvvəllər olduğu kimi bu qətnamədə də ermənipərəst avroparlamentarilər Azərbaycanı məqsədli surətdə qaralamağa və ölkəmizi aqressor kimi göstərməyə çalışıblar.

Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır. Avropa Parlamentinin “çətir”i altında fəaliyyət göstərən anti-Azərbaycan mövqeli qüvvələr ölkəmizə qarşı təzyiq göstərmək üçün fürsət axtarır. Ona görə də Avropa Parlamentinin 13 mart 2024-cü il tarixli qətnaməsi üzdə Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunsa da, lakin əsl həqiqətdə isə Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti “porsiya”sından başqa bir şey deyil.

Qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı beynəlxalq hüquqa zidd fikirlərin əks olunması onu göstərir ki, bu qətnamə bütünlüklə subyektiv və qərəzli xarakter daşıyır, irəli sürülən iddialar və ittihamlar da həmişəki kimi uydurma arqumentlərə, yanlış məlumatlara əsaslanır. Avropalı deputatların son qətnaməsi hüquqi sənədə yox, populist siyasətçilərin təbliğat məruzəsinə oxşayır.

Bəli, görünən budur ki, Avropa Parlamenti artıq özünün parlament olduğunu unudub. Və nə yazıq ki, Avropa Parlamenti erməni lobbisinin əlində təbliğat ruporuna çevrilib. Bu gün Avropa Parlamentinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstək vermək əvəzinə, prosesi “baltalaması” tarixi cinayətdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər