Sizin Reklam Burada

Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələ

Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələStrateji tərəfdaş və müttəfiq dövlətlər olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə-xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birini dəstəkləyir.

Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Birmənalı olaraq deyə bilərik ki, bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin danılmaz rolu vardır. Martın 11-də ölkəmzidə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilmişdir. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etmişlər.

Prezident İlham Əliyev TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi demək olduğunu qeyd etdi və onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etdiyini diqqətə çatdırdı. Bundan başqa dövlət başçıları neft-qaz sektorunda əməkdaşlıqla bağlı vəziyyəti geniş təhlil etmiş, yeni konkret layihələr müəyyənləşdirmişlər. Bu il Azərbaycanda keçiriləcək COP29 iqlim konfransına hazırlıq məsələlərinin xüsusi müzakirə mövzusu olacağı da gözlənilən idi.

COP29 sammitini Bakıda keçirilməsini Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyəti adlandıran ölkəmizin başçısı bildirib ki, Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Cənab Prezident İlham Əliyev tərəfindən Qazaxıstana bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif olunması da iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirilməlidir.

Dövlət başçılarının görüşü zamanı müzakirə olunan vacib məsələlərdən biri əlbəttə ki, nəqliyyat-logistika sahəsi olub. Məlumdur ki, bu gün dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə getdikcə kəskinləşir. Təqdirəlayiq haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaşlar kimi bu strateji sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Elə martın 11-də Çinin Sian limanından Qazaxıstan ərazisindən keçməklə Azərbaycana dəmir yolu marşrutu üzrə gələn konteyner qatarının rəmzi qarşılanması mərasimində hər iki ölkənin dövlət başçılarının iştirakı da bu sahəyə xüsusi önəm verildiyini nümayiş etdirir.

Qazaxıstan Respublikasının rəhbərini beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik edən cənab İlham Əliyev: “Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar atır, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir”-deyə həyata keçirilən siyasəti alqışlayıb.

İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır.

Bütün bunlar onu deməyə əsas verir ki, tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.


Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər