Sizin Reklam Burada

Daha təkmil fəaliyyəti təmin etmiş dəyişikliklər

 Daha təkmil fəaliyyəti təmin etmiş dəyişikliklər 2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Bu qurultay partiyanın və ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edirdi. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi.

     Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir.

     Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda  çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi.

Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda bildirmişdir ki, regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da, inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın qadir əməklə çalışmasından irəli gəlir.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda sentyabrın 27-dən başlanan zəfər yürüşümüz tez bir zamanda – 44 gün ərzində yekunlaşdı. Dağlıq Qarabağ da daxil olmaqla, zəbt edilmiş torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının tarixinə parlaq bir səhifə kimi yazıldı. 

   Respublikasının Prezidenti İlham Əliyev müharibədən öncə dünya dövlətləri, güc mərkəzləri ilə siyasi dialoqu genişləndirdi, qələbəyə diplomatik zəmin hazırladı. Onun çoxsaylı mətbuat orqanlarına, internet saytlarına verdiyi müsahibələr düşməni siyasi və diplomatik cəhətdən tərksilah etməyin nəzəri bünövrəsini qoydu. İlkin mənada 44 günlük müharibənin taleyi ideoloji zəmində həll edildi. Hər saatı, hər dəqiqəsi gərgin siyasi mübahisə və ikili standartlara xidmət edən bəzi mətbuat nümayəndələri ilə, hətta, münaqişə səviyyəsinə gəlib çatan polemikalarda, cənab İlham Əliyevin qələbəsi ilə başa çatan debatlarda Azərbaycan öncə informasiya müharibəsində qələbə çaldı. İlham Əliyev bu debatlarda siyasi lider kimi mübarizlik rəmzinə çevrildi. 

Vətən müharibəsi tarixə Azərbaycan xalqının qürur və iftixar simvolu kimi düşdü.

    Qarabağ müharibəsi başlayanda hələ dünyaya göz açmamış oğullar Qarabağ torpaqlarını mənfur düşməndən təmizlədilər. I Qarabağ müharıbəsində xəyanətə uğramış igidlərimizin övladları II Qarabağ müharibəsinin qəhrəmanları oldular.Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar,qazi oldular,tarixi ədaləti bərpa etdilər.Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi.
 
  Vətən müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa , düşmənə layiqli cavab verməyə qadir və hazırdırlar. Hal-hazırda azad  olunmuş torpaqlarımızda gedən quruculuq işləri bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və torpağın əsl sahibi öz yurduna qayıdıb.

     Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.

        Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan YAP bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək.

   Bu gün sıralarında 760 mindən çox insanı birləşdirən YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən qlobal inteqrasiya proseslərinə, demokratik dünya dövlətlərinin birliyi kimi əhəmiyyətli məqamlara adekvat yanaşmaqla bərabər, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, böyük mədəniyyəti ilə dünya inkişafının öncül sıralarına çıxarmaqda maraqlıdırlar. Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız sözün əsl mənasında tarix yazır. Bu, müstəqil Azərbaycanın tərəqqi tarixi, partiyamızın şərəf tarixidir.

 
Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri


 

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər