Sizin Reklam Burada

Tarix yenidən türkün dastanını yazacaq

Tarix yenidən türkün dastanını yazacaqCemal Zehir: "Bir millət, iki dövlət tarixi bir gerçəklikdir"

Prezident İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfər edib. Səfər R.T.Ərdoğanın dəvəti ilə həyata keçirilib. Bu, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsindən sonra İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.
Səfər zamanı iki ölkə liderlərinin görüşü olub. Eyni zamanda bir sıra sənədlər imzalanıb.

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu münasibətlərin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə bir millət iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir.

Prezident İlham Əliev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir.

Beynəlxalq Strateji İdarəetmə və İcraçılar Assosiasiyasının baş katibi, professor Cemal Zehir "Xalq Cəbhəsi"nə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə mühüm strateji məsələlər müzakirə olunub. O cümlədən, Azərbaycanın AŞPA-da haqsızlıqla üzləşdiyi məsələlər müzakirə olundu və rəsmi Ankara bu məsələdə də Bakının yanında olduğunu və onun haqlı mövqeyini sonadək müdafiə edəcəyini bildirdi. Bundan başqa, bu il Azərbaycanda kerçəkləçəcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünə ilk dəfə olaraq Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da dəvət etməsi həm təşkilatın güclənməsi, həm də Şimali Kiprin tanınması baxımından tarixi əhəmiyyət daşıyır. Eyni zamanda Şimali Kipr Türk Respublikasının tanınması istiqamətində bir irəliləşdir: "Bu görüşdə İsrail-Fələstin münaqişəsi də müzakirə olunub ki, bunun da sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Tərəflər bu məsələdə Türkiyənin mövqeyini müdafiə ediblər, regionda mütləq sülh və barışın olması üçün addımların atılmasının vacibliyini qeyd ediblər".

Professor vurğulayıb ki, Bakı və Ankara arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi də gündəlikdəki müzakirə olunan məsələlərdən olub: Amma bu məsələnin təfərrüatları açıqlanmadı: "Bir millət, iki dövlətin silahlı qüvvələrinin də bir, bir addım atdığı, gücləndiyi də vurğulanırb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılıb. Beləliklə, iki qardaş ölkə artıq bir yumruq kimi birləşib. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə strateji müttəfiq, dost və qardaşdır”.

C.Zehir Azərbaycan Türkiyənin sarsılmaz dostluğunun bütün türk dünyasının birliyi, həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 7 milyard dollardan çoxdur, bunun 15 milyard dollara çatdırılması nəzərdə tutulub. Türkiyə Prezidenti iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiriləcəyini vurğulayıb.

Azərbaycan və Türkiyə liderlərinin danışıqlarının yekununda qəbul edilən əsas qərarlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsi barədədir. Qarşıdakı müddətdə bununla bağlı lazımi addımlar atılacaq. Eyni zamanda dövlət başçıları Qars-Naxçıvan dəmiryolunun genişləndirilməsinə dair də fikir mübadiləsi aparıblar. Türkiyədən Naxçıvana gedən təbii qaz xəttinin inşasının ən qısa zamanda tamamlanması və Naxçıvanın təbii qaza olan tələbatının təmin olunması barədə razılıq əldə olundu. Həmçinin, TANAP-ın imkanlarının artırılması və Avropaya daha çox qaz ixracı da gündəmdə idi. Türkiyə də bu məsələlərin tezliklə həyata keçirilməsi üçün əlindən gələni edəcəyini deyib. Cənab Ərdoğan Qars-Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğunu qeyd edib”.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib".

Professor onu da qeyd edib ki, bir millət, iki dövlət tarixi bir gerçəklikdir, Azərbaycan türkləri ilə Türkiyə türkləri tarixin qardaş olublar, biz Oğuz tütkləriyik, sevincimiz, kədərimiz həmişə bir olub, bundan sonra da bir olacaq, bir yolda addımlayacağıq: "Azərbaycanla Türkiyə daha da yaxinlaşdıqca böyük uğurlara imza atılır, qazanılır. Bunlardan biri də Qarabağın işğaldan azad edilməsi və təkrarən qədim torpaqların Azərbaycan bayrağı altında birləşdirilməsini. Bu tarixi uğur türk dünyasına, Türk dövlətlərinin siyasətinə, gələcəyinə bir işıq verməkdir. Türkiyənin bütün beynəlxalq tribunalarda Azərbaycanın haqq işini müdafiə etməsi, yanında olması, dünyanın hegoman ölkələri ilə üz-üzə gəlməsi digər ölkələrin də Türkiyənin nəyə, hansı gücə qadir olduğunu göstərməklə yanaşı, onunla hədə dilində danışmağın mümkünsüz və təhlükəli olduğunu göstərmiş oldu.
Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.

C.Zehir onu da deyib ki, bu gün türk dövlətlərinin bir amal, əqidə, məram uğrunda birləşməsi tarixi addımdır və zəruridir. Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bu birliyin yaranmasına, möhkəmlənməsinə bir stimuldur. Gələcək türkündür, tarix yenidən türkün dastanını yazacaq.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.

Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib.

Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb.

Türkiyə və Azərbaycan prezidentlərinin fikirlərinin geniş oxucu kütləsinə çatdırılan xəbərlərdə dövlətimizin başçısının Türkiyənin bu gün dünyadakı rolu vurğulanıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcəyi, TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də qatılacağı bildirilib.
"TRT” və “İyirmidört” Prezident İlham Əliyevin çıxışını “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” sərlövhəsi ilə yayımlayıb, dövlətimizin başçısından sitatlar verilib. Yazılar “Türk dünyasının birləşməsi TDT-nin gücünə güc qatacaq ", “Separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur”, “Təhsildə əməkdaşlıq vurğusu” kimi altbaşlıqlarla yayımlanıb.

İstanbul ticarət qəzeti “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” başlıqlı məqaləsində Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğuladığı, Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycanın yanında olduğunu xatırlatdığı qeyd olunub.

“Ensonhaber.com” saytı isə dövlətimizin başçısının Ankaraya səfərinə dair yazısını Azərbaycan Prezidentinin söylədiyi kimi, “Türkiyə bu gün dünya çapında söz sahibidir” sərlövhəsi ilə yayımlayıb.
Dövlət başçılarının görüşünə dair videoçarxın da yer aldığı informasiyalarda Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbədən sonra ilk səfərini Ankaraya etdiyi, bunun bir ənənəyə çevrildiyi bildirilib.

“Akşam” və “Güneş” dərgilərində yayılan məqalələrdə Prezident İlham Əliyevin Türkiyənin dünyada söz sahibi, bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı olduğunu bəyan etdiyi diqqətə çatdırılıb.
Qardaş ölkənin Anadolu Agentliyi, “Daily Sabah”, “Milliyet.com”, “Hürriyet”, “Haber Türk”, “A haber”, “TV 100” kimi media orqanları Ankarada Azərbaycanın və Türkiyənin birinci xanımları Mehriban Əliyevanın və Əminə Ərdoğan ilə görüşünü də geniş işıqlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər