Sizin Reklam Burada

Qardaşlıq əlaqələrinin təzahürü

Qardaşlıq əlaqələrinin təzahürüFevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir. Artıq ənənə halını almış bu səfərlər iki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini sübut edir. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında dediyi kimi, əcdadlarımızdan qalan bir ənənədir və Azərbaycan Prezidenti bu ənənəyə sadiqliyini bir daha nümayiş etdirdi.

Fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsini tarixi önəm daşıdığını qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəticələrin qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləmiş və bundan sonra da hər iki qardaş ölkənin vahid platformadan çıxış edəcəyini bildirmişdir.

Prezident İlham Əliyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi növbəti dəfə qeyd etməklə ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin önəmini bir daha diqqət mərkəzinə çəkmiş oldu: “Türkiyənin bu gün dünya miqyasında söz sahibi olması və beynəlxalq nüfuzunun getdikcə daha da artması danılmaz reallıqdır.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda dünyanın bir çox bölgələrində cərəyan edən qlobal əhəmiyyətli hadisələrin məhz hansı məcraya istiqamətlənəcəyi birbaşa Türkiyənin mövqeyindən də çox asılıdır. Əlbəttə ki, bu, Türk dünyasına mənsub olan hər bir insanı son dərəcə sevindirir və qürurlandırır. Azərbaycan isə, aydındır ki, Türkiyənin bu uğurlarına öz uğurları kimi sevinir. Möhtərəm dövlət başçımız öz çıxışında 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Türkiyənin ilk saatlardan sona qədər yanımızda olduğunu bir daha qeyd etdi və bildirdi ki, Türkiyə Prezidentinin qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və onları hərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi. Əlbəttə ki, bu siyasi-mənəvi dəstək Azərbaycanın 30 il davam edən işğala öz gücünə cəmi 44 günə son qoymasında böyük rol oynadı.

Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında bir sıra vacib sənədlər imzalanmışdır. O cümlədən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” birmənalı olaraq, hər iki ölkənin təhsil sisteminin inkişafına böyük töhfələr verəcək. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu Anlaşma Memorandumu gələcəyə yönəlmiş təşəbbüsdür. Hər iki qardaş ölkənin gəncliyi həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında formalaşmalı, xalqlarımızın milli-mənəvi dəyərlərinə sadiq olmalı, yad təsirlərdən uzaq olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, həm də sadəcə olaraq, təhsil məsələsi deyil, eyni zamanda da iki qardaş xalqın birliyinin növbəti rəmzidir.

Əlbəttə ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.” Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə tam gücü ilə işləyəcəyini bildirən cənab Prezident bunun da iqtisadi inkişafa təsir edəcəyini bildirdi.”

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış və tarixə Şuşa Bəyannaməsi kimi düşmüş Müttəfiqlik münasibətləri haqqında bəyanat ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj olmuşdur. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu.

Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və bu bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdir”.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər