Sizin Reklam Burada

Yeni dövr başlayır

Yeni dövr başlayır 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçki həm də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsbiti oldu.

Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir.

Cənab Prezident İlham Əliyev ilk dəfə xalqın etimadını qazanaraq bu ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ problemi Azərbaycanın öz gücünə birdəfəlik həll olundu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin hazırda bizim üçün elə bir böyük önəmi də yoxdur. Azərbaycan öz məsələsini həll edib. Dövlət başçımızın bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitq söyləyib.

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd edib.

Bu gün isə, Azərbaycan artıq daxil olduğu yeni dövrün qarşıya qoyduğu vəzifələrin icrasına başlayır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Azərbaycan cəmiyyətində hökm sürən misilsiz ruh yüksəkliyi ölkəmizi daha da gücləndirir. Dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Etiraf olunmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Əlbəttə ki, bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.

Həmçinin cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinin bundan sonra da milli-vətənpərvər ruhda formalaşdırılması işinin vacibliyini qeyd etdi və bildirdi ki, yeni yetişən gənc nəsil milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. Buna görə də xüsusilə xarici qüvvələrin gənclərimizin beyinlərini zəhərləmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, dövlətimizin başçısı ilk növbədə ailə tərbiyəsinin ön plana çıxdığını qeyd etdi və vurğuladı ki, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Həmçinin cənab Prezident bu məsələdə məktəb tərbiyəsinin xüsusi rolunu qeyd etdi: “Məhz məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.” Möhtərəm dövlət başçımızın bu fikirləri məktəblərin üzərində çox böyük məsuliyyətin olduğunu bir daha vurğulamış oldu.

O xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. İlham Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

Təhlükəsizlik haqda danışarkən, prezident Azərbaycanda daxili risklərin olmadğını bildirib.“Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də ideoloji risklərdən qorumalıyıq”, İlham Əliyev qeyd edib.

Cənab Prezident İlham Əliyev bildirmişdir ki: “Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq”.
Artlq yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi.
Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Cənab Prezident İlham Əliyevin nitqində milli-mənəvi dəyərlərimizin xarici təsirlərdən qorunması məsələsi də xüsusi yer almışdır: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.”
Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirməyi nəzərdə tutduğu hədəflərə çatmaqda öz Liderimizə - cənab İlham Əliyevə uğurlar diləyir və bu mübarizədə onun əsgəri olmaqdan şərəf duyuruq.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər