Sizin Reklam Burada

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir7 fevral 2024-cü il tarixi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələnin başlanğıcı kimi yaddaşlarda qaldı. 7 fevral növbədənkənar Prezident seçkiləri həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər respublikamızın bütün ərazisində keçirildi. Məhz bu səbəbdən Prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi adlandırıldı. Seçki günü müdrik xalqımız bir daha həmrəylik göstərərək seçki məntəqələrinə getdi və öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə səs verərək bütün dünyaya tarixi mesajı verdi.

Qeyd etməliyik ki, 2024-cü il fevral ayının 7-də keçirilmiş növbədənkənar Pezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 9-cu rəsmi seçki olmuşdur. Seçki marafonunda 7 namizəd iştirak etmiş və görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 76,43% iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin - 92,12 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Seçicilərin mütləq əksəriyyətinin Möhtərəm cənab Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü idi. 7 fevral 2024-cü ildə keçirilmiş seçkilər bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın siyasi səhnəsində milli maraqlardan uzaq olan radikal qüvvələrə yer yoxdur.

Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Xalqın bu yüksək etimadı əslində ölkə başçısının ötən 20 il müddətində Azərbaycanın əsrə bərabər inkişaf yolu keçməsi ilə nəticələnən fəaliyyətinə verilmiş qiymət idi. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, dövlətimizin daha da inkişafını Möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin davamında görür.

Bildiyimiz kimi 14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak etdilər. Andiçmə mərasimindən sonra dövlətimizin başçısı proqram xarakterli nitq söylədi. 1 saatdan artıq davam edən nitqində ilk öncə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirən Möhtərəm cənab Prezident ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məqamlara toxunaraq önəmli mesajlar verdi.

Cənab Prezident çıxışında ən aktual məsələlərdən biri olan Azərbaycan-Ermənistan münasibətlərindən, həmçinin iki dövlət arasında sülh prosesindən də bəhs edərək vurğuladı ki, “aparılan danışıqlara kənar qüvvələr müdaxilə etməməli və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”

Ötən müddət ərzində Azərbaycan xalqı hər zaman öz liderinə güvənmiş və inanmış, ona arxa və dayaq olmuşdur. Cənab Prezident də hər zaman böyük fəxrlə qeyd etmişdir ki, əldə edilmiş bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində xalq olaraq inanırıq ki, cənab Prezident İlham Əliyev xalqımızı və dövlətimizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər