Prezidentliyə namizədlərin səs faizi DƏYİŞDİ
Növbədənkənar Prezident seçkisində səslərin sayılması ilə əlaqədar namizədlərin nəticələrində dəyşiklik olub.
Avrasiya.net Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, prezidentliyə namizədlərdən İlham Əliyev istisna olmaqla digərlərinin topladığı səslərdə azalma baş verib.
Hazırda dairələrdən daxil olan protokollara əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimidir:
- İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;
- Zahid Oruc - 2,17 faiz (107 877 səs);
- Fazil Mustafa – 1,98 faiz (98 623 səs);
- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs);
- Razi Nurullayev - 0,80 faiz (39 797 səs);
- Elşad Musayev - 0,66 faiz (32 956 səs);
- Fuad Əliyev - 0,53 faiz (26 561 səs).
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar səslərin sayılması fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.