Fuad Əliyev İlham Əliyevə zəng edib
Dərc olunub:
8-02-2024, 17:40
Prezidentliyə namizəd Fuad Əliyev Prezident İlham Əliyevə zəng edib.
F.Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, çətin və şərəfli işində ona uğurlar arzulayıb.
F.Əliyev Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyib.