Sizin Reklam Burada

Seçkilər demokratik və şəffaf keçirilir - Pakistanlı müşahidəçi

Seçkilər demokratik və şəffaf keçirilir - Pakistanlı müşahidəçiBu gün Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Məqsədləri üzrə tanınmış beynəlxalq ekspert Qaiser Navab Azərbaycan Prezidenti seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edib.

Q.Navab Avrasiya.net-ə bildirilib ki, bu gün səhər tezdən nümayəndə heyəti ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrində bir neçə seçki məntəqəsinə baş çəkib və burada rahat və həvəsli seçki prosesinin şahidi olublar.

Azərbaycanın Seçki Komissiyası azad, ədalətli və şəffaf səsvermənin keçirilməsini təmin etmək üçün tədbirləri ciddi şəkildə təşkil edib. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı bu gün səhər saat 8-dən axşam 19-a kimi demokratik hüququndan istifadə etmək imkanına malikdir.

Bakıda havaların soyuq keçməsinə baxmayaraq, gənclər də daxil olmaqla xeyli sayda insan Azərbaycanın canlı demokratiyasını əks etdirən seçki prosesində fəal iştirak edir.

Şəffaflığın təmin edilməsi səylərinə uyğun olaraq, Komissiya 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıb və səsvermə prosesinin davamlı monitorinqinə şərait yaradıb:

"Prezident seçkiləri çox əlamətdar hadisədir. İnanırıq ki, Azərbaycanda prezident seçkilərinin nəticələri bu ölkənin gələcək inkişafı üçün uğurlu olacaq".


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər