Sizin Reklam Burada

Qalib Xalqın Qalib Liderinə səs verək! - Komitə sədrinin MÜRACİƏTİ

Qalib Xalqın Qalib Liderinə səs verək! - Komitə sədrininMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı xalqa müraciət edib:

Dəyərli və qədirbilən xalqımız!

Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, Ulu Öndərin böyük ümidləri doğruldu, cənab İlham Əliyev Azərbaycanın taleyüklü məsələsini həll etdi. Tarixin çarxını geriyə çevirməyi bacararaq, xalqın qürurunu özünə qaytardı. Qələbənin dadını unutmuş xalqa yenidən böyük olmaq şansı yaratdı. Bu gün fərəh hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edir.

Vətəndaşlarımız müstəqil, qüdrətli, davamlı inkişaf edən bütöv Azərbaycanda yaşamaq üçün Qalib Xalqın Qalib Lideri ilə yenidən yoluna davam etmək istəyir. Yeni Azərbaycan Partiyasının, Azərbaycan xalqının namizədi cənab İlham Əliyevi yenidən prezident seçmək arzusundadırlar.

Arzuların reallığa çevrilməsinə çox az müddət qalıb. Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat müddəti bitmək üzrədir.

Dəyərli xalqımız!

Sizin hər birinizi fəal olmağa, öz seçki hüquqlarınızdan istifadə etməyə, siyasi mədəniyyətinizi nümayiş etdirməklə dövlətimizin və vətənimizin taleyinə biganə qalmamağa çağırıram!

Qalib Xalqın Qalib Lideri - İlham Heydər oğlu Əliyevə səs verək!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər