Sizin Reklam Burada

"Prezident seçkilərini çağırış kimi qəbul edək və dünya gücümüzü görsün"

"Prezident seçkilərini çağırış kimi qəbul edək və dünya gücümüzü görsün"Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Azərbaycana qarşı ədalətsiz, qərəzli, ikiüzlü yanaşmaya, düşmən fitnələrinə, suverenliyimizə təhdidlərə ən böyük cavab soydaşlarımızın 07 fevral prezident seçkilərində seçki məntəqələrinə coşqu ilə getməsi olacaq

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqıdır (Konstitusiyanın 1-ci maddəsinin I hissəsi). Bu müddəa yalnız dövlət hakimiyyətinin formalaşmasının legitim əsasını müəyyən etmir, eyni zamanda hər bir vətəndaşa hüquqla yanaşı bir vəzifə də müəyyən edir. Belə ki, hakmiyyətin mənbəyi kimi yalnız vətəndaşların öz iradəsini sərbəst ifadə etməsi çıxış edə bilər. Seçki hüququnun reallaşdırılması, dövlət hakimiyyəti orqanlarının formalaşdırılmasının əsas amili kimi çıxış edir.

Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ və seçki hüququ Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır (Konstitusiyanın 55 və 56-cı maddələri). Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına və bələdiyyələrə seçmək və seçilmək, həmçinin referendumlarda iştirak etmək hüququ onun konstitusiya statusunun vacib elementlərindən biridir. Dünyanın əksər ölkələrində belə hesab olunur ki, seçkilərdə iştirak hər bir vətəndaşın könüllü seçimidir. Azərbaycan Respublikasında da vətəndaşlar seçmək və seçilmək hüququndan istifadə edib-etməməkdə sərbəstdirlər. Bununla belə, bu seçim azadlığının olması elə hər birimiz üçün böyük mənəvi məsuliyyət yaradır. Seçkilərə getməklə özümüzü vətəndaş kimi reallaşdırırıq. Seçkilərə getmək yalnız konkret namizədə, siyasi qüvvəyə səs vermək deyil, ölkənin inkişaf istiqamətini, gələcəyinin necə şəkilləndiriləcəyini müəyyən etməkdir.

Seçkilərdə iştirak eyni zamanda hər bir cəmiyyətin passionarlıq səviyyəsini, cəmiyyətdə məsuliyyət və cavabdehlik hisslərinin inkişafı səviyyəsinin göstəricisi sayılır. Seçkilərdə iştirak həm də onu göstərir ki, vətəndaşlar taleyüklü qərarların verilməsində nə dərəcədə məsuliyyətli davranışa hazırdırlar? Mənim, sizin, hər birimizin seçkilərdə iştirakı cəmiyyətimizin yetkinliyini də nümayiş etdirir. Məşhur filosof və dövlət xadimi Mahatma Qandi deyirdi ki, "Biz özümüz dünyada görmək istədiyimiz dəyişikliklərə çevrilməliyik". Biz özümüz seçkidə iştirakımızala dövlətimizin idarəolunması, inkişaf yolunun seçilməsində fəal iştirak etmək iradəmizi nümayiş etdiririk. Seçki qutusuna atılan hər bir bülleten həm də bizim rəyimizdir.

Tarixin keşməkeşli dövrlərində və böhranlı zamanlarda seçkilərdə iştirak göstəricisi isə xalqın öz taleyinə sahib çıxamaq, taleyüklü məsələlərdə bir araya gəlib seçim etmək iradəsinin, səfərbər olmaq qabiliyyətinin təzahürü kimi dəyərləndirilir. Dədə Qorqud Oğuz oğluna tapşırırdı ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı yanır... İndi də seçkilərə getməklə hər birimiz göstərəcəyik ki, 44 günlük Vətən Müharibəsində və ondan sonra davam edən mübarizə dönəmində də Azərbaycan cəmiyyəti sayıqdır, vətəndaşlarımız hərbi çağırış məntəqələrinə getdikləri kimi seçki məntəqələrinə də eyni coşqu ilə gedirlər.

Seçimimizdən asılı olmayaraq hər brimizin bu cür davranışı, həm də bir qalib vətəndaş davranışıdır. Qalib ölkənin qalib vətəndaşı seçki məntəqəsinə, səsverməyə getməklə vətən, dövlət qürurunu, məğrur duruşunu bir daha nümayiş etdirməlidir. Azərbaycana qarşı ədalətsiz, qərəzli, ikiüzlü yanaşmaya, düşmən fitnələrinə, suverenliyinizi təhdid edənlərə ən böyük cavab 07 fevral prezident seçkilərində seçki məntəqələrinə soydaşlarımızın coşqu ilə getməsi olacaq.

Son prezident seçkilərində qardaş Türkiyəmizin vətəndaşları hamılıqla seçkiyə gedərək bütün dünyaya güclü mesaj verdilər. İndi də bizim, hər birimizin vətən, dövlət, xalq bütövlüyünü göstərmək üçün daha bir imkanı yaranıb. 07 fevral prezident seçkilərini çağırış kimi qəbul edək və dünya gücümüzü görsün...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər