Sizin Reklam Burada

Fuad Əliyev seçicilərlə növbəti görüşünü Mingəçevirdə keçirib

Fuad Əliyev seçicilərlə növbəti görüşünü Mingəçevirdə keçirib2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirib.

Avrasiya.net xəbər verir ki, Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib.

Namizəd bu dəfə ölkənin xarici siyasət və əhalinin sosial problemlərindən, xüsusən də təhsil, səhiyyə sistemində həllini gözləyən problemlərdən, həllini gözləyən məsələlərdən danışıb.

F.Əliyev qeyd edib ki, problemləri həll etmək üçün təxirəsalınmaz islahatlar həyata keçirilməlidir: "Ölkədə işsizlərin sayı azaldılmalı, əmək haqları, pensiya və müavinətlər artırılmalı, yeni iş yerləri açılmalı, sahibkarlara vergi güzəştləri tətbiq edilməli, bütünlüklə əhalinin sosial rifahı yaxşılaşmalıdlr".

Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər