Sizin Reklam Burada

ATƏT-in Bakıdakı missiyasında dava: hesabatlar cırıldı… - Özəl

ATƏT-in Bakıdakı missiyasında dava: hesabatlar cırıldı… - ÖzəlATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir.

Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır.

Məlumdur ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa “missiya” tapşırılıb.

Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: Bildirilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu “polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi” adı altında hesabata daxil etmək və bunu “dünyaya car çəkmək” planlaşdırılır.

Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bu günlərdə təhqir olunub və alçaldılıb, ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar.

Bəllidir ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub.

Maraqlıdır: belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək? Davalar, qarşıdurmalar, etik qaydaların kobud pozulması, daxili qaydalara riayət etməmə, yerli insanlara qarşı alçaldıcı münasibət bir tərəfdən, amerikalılardan ibarət bir qrupun dominantlığı və hamını təzyiq altında saxlaması, əvvəlcədən hazırlanmış ssenari, hesabat, öyrədilmiş müşahidəçilər də digər tərəfdən.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər