Fazil Mustafa ATƏT-in seçki müşahidə missiyasının üzvü ilə görüşüb - FOTOLAR
Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösunun (DTİHB) seçki müşahidə missiyasının üzvü, siyasi analitik Dominik Houel ilə görüşüb.
Avrasiya.net xəbər verir ki, siyasi analitik missiyanın fəaliyyəti haqqında prezidentliyə namizəd Fazil Mustafaya məlumat verib.
F.Mustafa isə öz növbəsində seçki qanunvericiliyi, partiyanın müşahidəçiləri və seçki kampaniyasının gedişatı barədə Missiyasının təmsilçisinin suallarını cavablandırıb. F.Mustafa sərbəst, maneəsiz təbliğat, təşviqat kampaniyası apardığını partiyanın bütün seçki məntəqələrində müşahidəçilərinin olduğunu və seçkilərin şəffaf keçirilməsində vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın müsbət əhəmiyyətini qeyd edib və avropalı analitikə fəaliyyətlərində uğur diləyib.