Sizin Reklam Burada

Fazil Mustafa seçiciləri ilə bu dəfə Şirvanda görüşüb - FOTOLAR

Fazil Mustafa seçiciləri ilə bu dəfə Şirvanda görüşüb - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Şirvan şəhər Mədəniyyət evində keçirib.

Avrasiya.net xəbər verir ki, prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib. Namizəd deyib ki, dayağımız - Yeniləşən, çalışqan insan, hədəfimiz isə Rifah dövləti Azərbaycandır!

Fazil Mustafa eyni zamanda “1 Həyati + 50 vacib MƏSƏLƏ” adlı seçki platformasında nəzərdə tutduğu təkliflərini də səsləndirib. O, qeyd edib ki, ölkə vətəndaşına dəyər verilməlidir, onun hüquqları konstitusiya çərçivəsində qorunmalıdır, vətəndaşa şəxsiyyət kimi baxılmalıdır. F.Mustafa qeyd edib ki, “xidmətçi dövlət” və “xidmətçi vətəndaş” düşüncə tərzini dəyişməliyik: "Vətəndaş olaraq qurduğumuz dövlətin və seçdiyimiz siyasi hökumətlərin başlıca vəzifəsi, başda mülkiyyət azadlığı olmaqla bütün azadlıqlarımızı həm xarici təhdidlərdən, həm də bir-birimizə münasibətdə qorumaqdan, ədalətin davamlılığını təmin etməkdən və bu istiqamətdə sağlam rəqabət mühitini formalaşdırmaqdan ibarətdir.

Fərd dövlət üçün deyil, dövlət fərd üçün mövcuddur. Dövlət, vətəndaşlar olaraq bizim iqtisadi və siyasi azadlıqlarımızın təmin edilməsində və daha yüksək rifaha qovuşmamızda bir vasitədir, mexanizmdir. Eyni zamanda, hər şeyi dövlətdən gözləyən “xidmətçi dövlət” anlayışı “mütləqiyyətçi dövlət” düşüncə tərzinin ortaya çıxmasına və vətəndaşın dövlətə xidmət üçün dünyaya gəldiyini irəli sürən “xidmətçi vətəndaş” anlayışı isə, “laqeyd vətəndaş” düşüncə tərzinin formalaşmasına yol açacağından hər iki anlayış azadlıqlarımızın qorunması baxımından təhlükəlidir. Biz dövlətin güclənməsinə maraqlı olan təşəbbüskar vətəndaş amilini önə çəkirik. Çünki öz dövlətində rifah içində, ləyaqətini qoruyaraq yaşayan vətəndaş, o dövlət üçün hər cür fədakarlığa hazır olacaqdır".

F.Mustafa əhalinin ərzaq təhlükəsizliyi, tələbatı məsələsinə də toxunub. Namizəd deyib ki, hamı zəruri miqdarda və keyfiyyətdə ərzaq əldə etməlidir: "Dünyada enerji daşıyıcılarının qiymətlərinin artması alternativ enerji mənbələrinə, o cümlədən bioyanacağa olan tələbi artırmışdır. Eyni zamanda qlobal istiləşmə hər il əkinə yararlı torpaq sahələrinin getdikcə artan bir qisminin sıradan çıxmasına səbəb olur. Bu vəziyyət ərzaq təhlükəsizliyi mövzusunun uzun müddət aktuallığını davam etdirəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, Azərbaycanda aqrar əmtəə birjalarının yaradılması, kənd təsərrüfatı istehsalçılarının informasiya ilə təminatının yaxşılaşdırılması, müəyyən məhsuldarlıq və torpaq ölçüsünə sahib olanlara dövlət dəstəyinin təmin edilməsi, aqrar məhsul ixracının təşviq edilməsi bu sahədəki prioritet istiqamətləri təşkil etməlidi.

Cəmiyyətin müasir inkişaf mərhələsində ərzaq təhlükəsizliyinə yalnız ölkənin zəruri ərzaq məhsulları ilə özünü maksimum səviyyədə təminetməsi problemi kimi baxmaq olmaz. (Sovet yanaşmasında olduğu kimi) Doğrudur, hər bir ölkənin ərzaq məhsulları ilə etibarlı şəkildə təminatı, həmin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruri şərtlərindəndir. Lakin müasir dövrdə ərzaq təhlükəsizliyinə, həm də cəmiyyətin hər bir üzvünün zəruri miqdarda və keyfiyyətdə ərzaq məhsulları istehlak etməsi imkanlarının olması kimi baxılmalıdır.

Həqiqətən də, hazırda bazarda həm yerli istehsal hesabına, həm də idxal hesabına kifayət qədər ərzaq məhsulları təklif edilir. Ancaq bu heç də əhalinin bütün təbəqələrinin lazımi qədər, həm də lazımi keyfiyyətdə ərzaq məhsulları əldə edə bilməsi üçün əsas olmur. Digər tərəfdən isə, ölkənin ərzaq məhsulları ilə etibarlı şəkildə təminatı təkcə böyük miqdarda yerli istehsal hesabına deyil, həm də zəruri ərzaq ehtiyatlarının yaradılması ilə mümkündür. Beləliklə, hazırda ölkənin ərzaq təhlükəsizliyi baxımından iki məsələ çox aktualdır:
1) ölkədə zəruri ərzaq ehtiyatlarının yaradılması, o cümlədən bununla bağlı zəruri infrastrukturun formalaşdırılması;
2) əhalinin bütün təbəqələrinin zəruri miqdarda və keyfiyyətdə ərzaq məhsulları istehlak
edə bilməsi imkanlarının təmin edilməsi".

Fazil Mustafa sonda seçicilərin çoxsaylı suallarını cavablandırıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər