"Gürcüstan, Ukrayna və Moldova özlərində qətiyyət tapmadılar"

"Gürcüstan, Ukrayna və Moldova özlərində qətiyyət tapmadılar"Gürcüstan, Ukrayna və Moldova aktiv avro-inteqrasiya yolu seçmiş ölkələrdir və düşünürəm ki, AŞPA-da özlərini daha çox bu yöndən tanıdıblar. Bu ölkələrlə Azərbaycan arasında ikitərəfli qaydada çox yaxşı münasibətlər mövcuddur, lakin seçim edərkən görünür ki, sonradan AŞPA rəhbərliyinin təzyiqi ilə üzləşməmək üçün belə addım atmış olublar.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, amma gərək özlərində qətiyyət tapıb bu qərarın əleyhinə səs verərdilər:

"Əminəm ki, hər üç ölkənin rəhbərliyi Azərbaycanı birmənalı dəstəkləyir. Azərbaycan həm GUAM çərcivəsində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün də bu siyasət davam edir, lakin təəssüf ki, biz bu ölkələrin parlamentarilərindən AŞPA-da belə mövqenin şahidi olduq. Hər üç ölkə ilə bizim ortaq tarixmiz var, Gürcüstanla Azərbaycan strateji tərəfdaşdır və Ukraynaya müharibə vaxtı humanitar yardım, Moldovaya enerji təminatında dəstək olub. Lakin görünür belə məqamlar münasibətlərə yenidən baxmaq üçün bir fürsətdir. Onlar üçün bu məsələ sadə görünə bilər bəlkə də, amma Azərbaycan cəmiyyəti üçün bu ciddi məsələdir və bu məsələdə bu ölkələrin həmrəyliyi mütləqdir. Ümid edirəm bizim Xarici Siyasət idarəsi gələcəkdə bu ölkələrlə təmaslarda bu məqamları diqqətə çatdıracaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər