Sizin Reklam Burada

Fuad Əliyev ATƏT-in seçki müşahidə missiyası ilə görüşüb

Fuad Əliyev ATƏT-in seçki müşahidə missiyası ilə görüşübPrezidentliyə namizəd Fuad Əliyev 29 yanvar 2024-cü il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, missiya üzvləri Fuad Əliyevin seçki kampaniyasına hazırlığı və prosesin gedişatı, ölkədəki seçki qanunvericiliyi və namizədlər üçün ayrılmış resurslar, o cümlədən maliyyə resursları, onun seçkilərdə iştirakındakı əsas hədəfləri və məqsədi, ölkədəki insan haqlarının ümumi vəziyyəti, xüsusilə media və partiyalar haqqında qanunlara münasibəti ilə maraqlanıblar.

Öz növbəsində Fuad Əliyev seçki hazırlıqlarının ardıcıl şəkildə davam etdirildiyini bildirib. O, seçkilərə qatılmasının əsas səbəbləri, məqsədi, platforması haqqında məlumat verib, seçki mühiti, seçkilərə qatılan digər namizədlər, ATƏT-in hazırladığı müvafiq hesabat sənədlərinin tələbləri ilə bağlı missiya üzvlərinin suallarını cavablandırıb.

Görüşdə prezidentliyə namizəd Fuad Əliyevin səlahiyyətli nümayəndə Xəzər Teyyublu və vəkili Əhməd Rəhmanov iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər