Sizin Reklam Burada

Fazil Mustafa Naxçıvanda seçicilərlə görüşüb - Fotolar

Fazil Mustafa Naxçıvanda seçicilərlə görüşüb - Fotolar 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Naxçıvanda Gənclik Mərkəzində keçirib.

Avrasiya.net xəbər verir ki, F.Mustafanın bu görüşü də anşlaqla keçib.

Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib, səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib.

F.Mustafa iqtisadi və sosial sahədə yaranan problemlərdən danışıb. Daha çox ölkıdə yaranan işsizlik probleminə toxunub.

Qeyd edib ki, məşğulluq strategiyası hökumətin ən ciddi diqqət yetirdiyi sənəd olmalıdır. İşsizliyin aradan qaldırılması üçün iqtisadi zonaların yerli təbii xüsusiyyətlərinə görə yeni iş yerləri açılmalıdır:

"Hələ də bu funksiyanı dövlət qurumları, yaxud da DOST mərkəzi vasitəsi ilə görmə təşəbbüsləri aktualdır. Halbuki keyfiyyətli iş yerlərinin açılmasında ancaq özəl sektor rol oynaya bilər. Çünki dövlət orqanlarının büdcə vəsaitləri hesabına açdıqları iş yerləri aşağı maaşlı və korrupsiya üçün şərait yaradacaq mahiyyətdədir.

Sahiblərə yaxşı ixtisaslaşmış işçi, işçiyə isə öz yaşamını təmin etməyə yetərli maaş lazımdır. İldə əmək bazarına 100 min gənc atılır, 25-30 min nəfər isə müxtəlif səbəblərdən işaxtaran statusuna düşür. Deməli hər il 130 min daimi iş yeri açılmalıdır. Bu qədər iş yeri açılırmı? Yaxşı olar ki, yeni müəssisələrdə yaradılan iş yerlərini adı və ştatların sayı internetdə yerləşdirilsin. Burada əsas məsələ iş yeri açan sahibkarların ödədiyi vergiyə və işə götürdüyü işçi sayına görə stimullaşdırıcı güzəştlər əldə edə bilsinlər".

Fazil Mustafa onu da qeyd edib ki, bölgələrdə işsizlik ucbatından Bakıya sürətli axın olur. Bu isə rayonlarda təsərrüfatın, Bakıda isə normal yaşamın ritmini pozur.
Bütün baş verən cinayətlərin əhəmiyyətli hissəsi işsizliklə bağlıdır və bu həm də ailələrin dağılmasında aparıcı faktor olaraq qəbul edilir.

Prezidentliyə namizəd sonda seçicilərin suallarını cavablandırıb, onlarla səmimi söhbətlər aparıb, problem və təkliflərini dinləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər