Sizin Reklam Burada

Fuad Əliyev seçicilərlə növbəti görüşünü Astarada keçirib

Fuad Əliyev seçicilərlə növbəti görüşünü Astarada keçirib2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizəd Fuaf Əliyev seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Astara rayonunda keçirib.

Avrasiya.net xəbər verir ki, əvvəlki kimi namizədin budəfəki görüşü də izdihamlı keçib. F.Əliyev ənənəvi olaraq əvvəlcə seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib.

Namizəd qeyd edib ki, əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılmasına nail olmaqdır.

F.Əliyev ölkədə bütün sahələrdə demokratik islahatların aparıldığını, inkişafa nail olunduğunu desə də, əhalinin sosial rifahının hələ də yaxşı olmadığını da qeyd edib.

O, vurğulayıb ki, maaş, təqaüd, sosial müavinət və pensiyalatın aşağı olması əhalinin sosial problemlərini artırıb.

Sonda F.Əliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb, onlarla ayaqüstü söhbətlər aparıb, problem və istəklərini dinləyib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər