Sizin Reklam Burada

İlqar Məmmədov REAL-ı Azərbaycanın CHP-sinə və ya HDP-sinə çevirmək niyyəti güdür

İlqar Məmmədov REAL-ı Azərbaycanın CHP-sinə və ya HDP-sinə çevirmək niyyəti güdürAvropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı baş verən son hadisələr ölkə daxilində, ictimai-siyasi dairələrdə kimin kim olduğunu tanımağımız baxımından da diqqətdə saxlanılmalı bir məsələdir. Cəmiyyətimizin əksər fərdləri təbii ki, AŞPA-nın Azərbaycana qarşı irqçi, islamofob və ermənipərəst demarşını birmənalı şəkildə pisləyir. Lakin əfsuslar olsun ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına xaincəsinə sevinənlər də oldu. Həmin xainlər son günlər sosial şəbəkələrdə rəsmən şadyanalıq edirlər. Onlar sanki fürsət gözləyirmişlər. Belələrinin antimilli mövqeyi ilə AŞPA-nın ermənipərəst deputatlarının anti-Azərbaycan mövqeyi arasında əslində heç bir fərq yoxdur.

Ancaq AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar 2024-cü il tarixli qətnaməsinə ölkə daxilində verilən reaksiyalar arasında ən çox təəccüb doğuran reaksiyalardan biri də REAL Partiyasının rəhbəri İlqar Məmmədovun mövqeyi oldu. Onun sosial şəbəkədə Türkiyə nümayəndə heyətinin Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədiyini vurğulaması və eyni zamanda Türkiyəni "bir millət, iki dövlət" prinsipinə əməl etməməkdə ittiham etməsi həm absurd yanaşmadır, həm də AŞPA-nı tənqidlərin hədəfindən yayındırmağa, bunun əvəzində isə daha çox qardaş Türkiyəni qınaq hədəfinə çevirməyə xidmət edir.

Partiya sədri olmaq hər bir məsələdə olduğu kimi açıqlamalarında, paylaşımlarında da insandan yüksək dərəcədə məsuliyyətli olmağı tələb edir. REAL sədrinin Türkiyəyə və Türkiyə nümayəndə heyətinə yönəlik fikirləri isə məsuliyyət süzgəcindən keçməmiş fikirlərdir. Sən Türkiyə-Azərbaycan birliyinə, qardaşlığına soyuq yanaşan solçu Cümhuriyyət Xalq Partiyasının (CHP) və həmişə Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən HDP-nin nümayəndəsinin AŞPA-da Azərbaycanın mövqeyini müdafiə etməməsini sərt tənqid edə bilərsən. Ancaq bunu da bilməlisən ki, onların mövqeyi Türkiyə dövlətinin mövqeyi deyil. Türkiyə dövlətinin və parlamentinin mövqeyini təmsil edənlər AKP və MHP-dən olan millət vəkilləridir ki, onlar da hər zaman bütün beynəlxalq kürsülərdən Azərbaycanın mənafeyini qoruyub, haqq işimizi müdafiə ediblər.

Görünən budur ki, İlqar Məmmədov da başçılıq etdiyi partiyanı Azərbaycanın CHP-sinə və ya HDP-sinə çevirmək niyyəti güdür. Ona görə də Türkiyə-Azərbaycan qardaşlığına gölgə salmağa xidmət edən fikirlər səsləndirib. Ancaq bu fikirlərin bizim qardaşlığımıza, birliyimizə qarşı heç bir təsir gücü yoxdur. Azərbaycan və Türkiyə bundan sonra da "bir millət, iki dövlət" anlayışı ilə yoluna davam edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər