Sizin Reklam Burada

Fazil Mustafanın vəkili Şəmkirdə görüş keçirib - FOTOLAR

Fazil Mustafanın vəkili Şəmkirdə görüş keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Fəxrəddin Sadıqov namizədin seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Şəmkirdə seçicilərlə keçirib.

Avrasiya.net xəbər verir ki, görüş bu dəfə də çox izdihamlı keçib. Fəxrəddin Sadıqov ənənəvi olaraq əvvəlcə F.Mustafanın seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib. O, qeyd edib ki, Fazil Mustafanın seçki platformasında daha çox siyasi, sosial, iqtisadi sahədə islahatların aparılması, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində proqramlar, təşəbbüslər, görüləcək işlər əks olunub.

Fəxrəddin Sadıqov bu dəfə şəhid ailələri və qazilərin sosial rifahına toxunub. Vəkil qeyd edib ki, onlar ölkənin ən imtiyazlı insanları olmalıdır: "Fazil Mustafanın seçki platformasında qeyd olunur ki, Şəhid ailələrinə və qazilərə dövlət əhəmiyyətli səviyyədə dəstək mexanizmləri yaradılıb və bütün sahələrdə bu dəstək gerçəkləşdirilir. Onların ailə üzvləri işlə, mənzillə təmin olunmuş, birdəfəlik müavinətlər almışlar. Bunlarla yanaşı Şəhid anası medalının təsis edilməsi, bütün şəhid ailələrinə yaşayış sahəsinin ölçüsündən asılı olmayaraq mənzilin verilməsi, Şəhid övladlarının təhsil güzəştinə yaş məhdudiyyətinin götürülməsi, Şəhid ailələri və Qarabağ əlillərinin, müharibə veteranlarının sosial məişət problemlərinin həlli üçün bir dövlət qurumu müəyyənləşməlidir. Çünki təcrübə göstərdi ki, “Yaşat” fondu bu işin öhdəsindən gəlməkdə yetərsiz qalır. Müharibə şəraitində və ya döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq müəyyən müalicədən sonra dünyasını dəyişən vətəndaşlara şəhid statusunun şamil edilməsi, qazilərin müalicəsi və ləyaqətli işlə təmin olunması dövlətin ən vacib prioriteti sayılmalıdır".

Sonda Fəxrəddin Sadıqov seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər