Qüdrət Həsənquliyevin vəkilləri Xudatda seçicilərlə görüşüblər
Dərc olunub:
26-01-2024, 13:46
Yanvarın 25-də BAXCP sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin vəkilləri – BAXCP İdarə Heyətinin üzvü Azər Qasımov, BAXCP NTK-nın üzvü Akif Amal, BAXCP Xaçmaz rayon təşkilatının sədri Zöhrab Məmmədov Xaçmaz rayonunun Xudat şəhərində seçicilərlə görüşüblər.
Görüşdə Qüdrət Həsənquliyevin seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib, BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb.