Hikmət Hacıyev Çavuşoğlu və Altuna təşəkkür etdi
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda Azərbaycanı müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.
Avrasiya.net xəbər verir ki, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək, onların birmənalı mövqe tutduqlarını vurğulayıb.
Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:
"Dəyərli Mövlud bəy, AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.
Bundan başqa, H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən, “Dəyərli və əziz qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - yazıb.